Ən az kapital göstəricisi də Pakistan bankındadır, amma Azərbaycan və Pakistan hökumətləri arasındakı razılaşmaya görə, bu bankın kapitalı tədricən artırılaca, yəni banklara olan ənənəvi kapital tələbi və onun mümkün nəticələri Pakistan Milli Bankının Bakı filialına aid deyil.
Bundan sonra ən pis kapital göstəricisi «Dəmirbank»dadır – 25,5 milyon manat. Səhmdarlar bankı üzdə saxlamaq üçün banka təqribən bu qədər də vəsait yatırmalıdırlar.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə Dəmirbankın bank lisenziyası dekabrın 23-dən ləğv edilib.
Digər bankların da vəziyyəti ürəkaçan deyil. Bu banklar fəaliyyətlərini davam etdirmək üçün ya kapitallarını artırmalı, ya da konsolidasiyaya getməli, yəni başqa bankla birləşməlidirlər.
Kapital problemi olan banklar aşağıdakılardır:
Bankların adı | 2017/9 ay |
Unibank KB | 42,990 |
NİKOYL Bank İKB | 41,203 |
Bank of Baku | 40,508 |
Bank BTB | 38,950 |
Bank VTB (Azərbaycan) | 37,860 |
DəmirBank | 25,566 |
Pakistan Milli Bankı NBP Bakı filialı | 10,211 |
Eləcə də bax: Azərbaycanda daha bir bankın lisenziyası ləğv edildi
Eləcə də bax: Azərbaycanda daha bir bankda problem – ƏMANƏT QƏBULUNU DAYANDIRDI