ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər ediblər.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, həmsədrlər separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib.