Şiddətli külək Ucar rayonunda fasadlar törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, fevralın 22-də axşam saatlarından əsməyə başlayan güclü külək əsasən elektrik təsərrüfatına ziyan vurub. Səhər saatlarından şəhər də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin nəqlində fasilələr yaranıb.
“Azərişıq” ASC-nın Ucar Rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, enerji təminatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.