Cari ilin 30 noyabr 2016-cı il tarixinə fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31,869 milyon, cəmi öhdəlikləri 29,579 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,290 milyon manatdır.
Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 568, söbələrinin sayı 129, ATM-lərin sayı 2454-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 17 min nəfərdir.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156, o cümlədən kredit ittifaqlarının sayı 109-dur. BOKT-in işçi heyəti 2882 nəfərdir.
Cari ilin 30 noyabr tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.