Yeni Ramanada ev almaq istəyənlər dələduzluqla üzləşib.
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, makler tərəfindən müxtəlif qiymətlərə mansardlı fərdi evlər təklif edilib və vətəndaşlardan on minlərlə manat pul alınıb. Lakin, aylar keçməsinə baxmayaraq, nə evlər təhvil verilib, nə də verilən pullar geri qaytarılıb.
Onlar Ramanı qəsəbəsində ev almaq istəyən adamlardı. Hamısının iddiasına görə, makler tərəfindən aldadılıblar. Bəzisi maklerə 30 min, bəzisi 40 min, bəzisi, 20, bəzisi də 10 min manat verdiyini iddia edirlər. Deyirlər ki, eyni makler tərəfindən aldadıldıqlarını sosial şəbəkədə paylaşılan videonun altına yazılan yorumlardan biliblər.
Şikayətçilərin bəziləri pulu notarial qaydada, bəziləri isə əlbəəl verdiklərini iddia edirlər.
Şikayətçilər deyirlər ki, bəzisi yeni ev almaq üçün yaşaadığı evi satıb o pulu ödəyiblər, hazırda kirayədə yaşamağa məcbur qalıb, bəzisi də bankdan pul göürüb verdiyi pulun indi aylıq ödənişini etməkdə çətinlik çəkirlər. Şikayətçilər deyirlər ki, indi həmin şəxslərə zəng çatmır. Biz də haqqında danışılan Daşqın Nadirovla əlaqə saxlıaya bilmədiyimizdən, onun qardaşı Coşğun Nadirovla telefon vasitəsilə əlaqə saxladıq.
Məsələ ilə bağlı DİN dən bildirildi ki, məsələ ilə bağlı bir neçə vətəndaş tərəfindən ərazi polis orqanına müraciətlər daxil olub. Aparılan araşdırmalar zamanı şübhəli bilinən şəxsin müxtəlif vaxtlarda mənzil satışı və digər vədlər adı altında dələduzluq əməllər törətməsi müəyyənləşdirilib.










