Ölkə əhalisinin başı növbədənkənar parlament seçkilərinə (ilkin nəticələrə buradan baxmaq olar) qarışdığı bir vaxtda vergi sistemində maraqlı dəyişikliklər olub.
Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiq edilib - VİDEO
FED.az xəbər verir ki, budəfəki yeniliklər Vergi Xidmətinə işə qəbul və maaşların hesablanması ilə bağlıdır. Qeyd edək ki, vergi sistemində əmək haqları həmişə həssas nöqtə olub – sirr deyil ki, peşəkar vergi əməkdaşlarına təkcə Vergi Xidmətində deyil, həm də biznes sektorunda böyük tələbat var.
Dəyişikliklərin müəyyən detallarını Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova açıqlayıb.
Onun sözlərinə görə, bu sahədə aparılan islahatlara rəqabətədavamlı və ədalətli əməkhaqqı sisteminin qurulması, elektron təlim platformalarının tətbiqi və işçilərin karyera yolunun şəffaf şəkildə inkişaf etdirilməsi də aiddir.
Beləliklə ilk yenilik – işə qəbul sadələşdirilib, ixtisas tələbləri aradan qaldırılıb, artıq istənilən ali təhsilli şəxs vergidə işləyə bilər, eyni zamanda işə qəbul prosesi də dəyişib.
Baş idarə rəisi qeyd edib ki, Xidmətdə kadr potensialının artırılması və daha çox gəncə iş imkanı yaradılması məqsədilə işə qəbul prosesində də yeniliklər tətbiq edilib.
«Yeni dəyişikliklər çərçivəsində işə qəbul prosesində müraciət edən şəxslər üçün əvvəllər mövcud olan ixtisas məhdudiyyəti aradan qaldırılıb və bütün ali təhsilli vətəndaşlar üçün bərabər imkanlar yaradılıb. Həmçinin test imtahanında namizədlərə vergilər və vergitutma ilə bağlı suallar əvəzinə onların dünyagörüşü, məntiqi düşüncə və Azərbaycanın qanunvericiliyi ilə bağlı biliklərini ölçən yeni suallar təqdim olunur. İşə qəbul üzrə müsabiqəni uğurla keçən şəxslər Xidmətin Tədris Mərkəzində 2 aylıq intensiv kursları uğurla başa vurduqdan sonra tamhüquqlu vergi orqanı əməkdaşı olmaq hüququ qazanır».
Həmçinin vergi orqanlarında fəaliyyət göstərən əməkdaşların karyera yüksəlişi üçün şəffaf və ədalətli mexanizm yaradılmasını təmin etmək, əməkdaşın Xidmət daxili uzunmüddətli karyera qurması və yüksək peşəkar kadr potensialının qorunub saxlanılması məqsədilə “Karyera yolu” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Xidmətdə fəaliyyət göstərən əməkdaşların peşəkar inkişafı dəstəklənir və onların vergi orqanları daxilində karyera inkişafına imkan yaradılır.
Vergi işçilərinin əmək haqqının müəyyən edilməsində də yeniliklər var: «Beynəlxalq təcrübəyə və standartlara uyğun olaraq, “Vəzifə dərəcələndirmə” layihəsi çərçivəsində Xidmətdə rəqabətədavamlı və ədalətli əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Bu sistem “Karyera yolu” layihəsi ilə paralel icra olunacaq və vergi orqanı
əməkdaşlarının karyera inkişafına xidmət edəcək»-deyə bildirilir.
İnsan resursları baş idarəsinin rəisi qeyd edib ki, son illər Xidmətdə fəaliyyət göstərən əməkdaşların fəaliyyətinin Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) əsasında qiymətləndirilməsi mexanizmi qurulub. Layihənin həyata keçirilməsində əsas məqsəd əməkdaşlar qarşısında ölçüləbilən, məqsədyönlü hədəflər qoyularaq onların fəaliyyətinin obyektiv qiymətləndirilməsidir. Bu, eyni zamanda işin ümumi optimallaşdırılması və sağlam əmək şəraitində əməkdaşlar arasında sağlam rəqabət mühitinin formalaşmasına da müsbət töhfələr verməkdədir. Hazırda vergi orqanı əməkdaşlarının 83 faizinin fəaliyyəti rüblük olaraq ƏFG əsasında qiymətləndirilir.
Bütün bunlarla yanaşı, Xidmətdə əməkdaşların peşə biliklərini və bacarıqlarını inkişaf etdirmək məqsədilə e-learning prinsiplərinə uyğun olaraq “Fərdi inkişaf portalı” adlanan elektron təlim platforması yaradılıb. Bu platforma vasitəsilə işçilər iş prosesləri ilə bağlı yeni bilik və bacarıqlar əldə edə, qanunvericilikdəki dəyişikliklərə uyğunlaşa və öz peşəkarlıqlarını təkmilləşdirə biləcəklər. Eyni zamanda, elektron təlim platforması işçilərin asudə vaxtlarında təlimlərə rahatlıqla qoşulmalarına imkan yaradır və onların peşəkar inkişafına dəstək verir.
Xidmətdə əməkdaşların peşə biliklərini və bacarıqlarını inkişaf etdirmək məqsədilə e-learning prinsiplərinə uyğun olaraq “Fərdi inkişaf portalı” adlanan elektron təlim platforması yaradılıb.