İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) kadr dəyişiklikləri həyata keçirilib.
FED.az xəbər verir ki, DVX rəisi Orxan Nəzərlinin müvafiq əmri ilə Şahin Məmmədov qurumun Media və Kommunikasiya idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl Dövlət Vergi Xidmətinin Media şöbəsinin rəisi vəzifəsində çalışıb.
DVX rəisinin digər əmri ilə Günel Bəhramqızı Media və Kommunikasiya idarəsinin rəis müavini – media şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Şahin Məmmədov Dövlət Vergi Xidmətində yeni vəzifəyə - TƏYİN EDİLDİ
19:48
12 Noy 2025












