Azərbaycanda daha bir sahədə sahibkarların üzləşdiyi problemlər açıqlanıb.
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası öz üzvlərinin müxtəli sahələrdə üzləşdikləri prbolemləri açıqlayıb və onların həlli üçün təkliflərini səsləndirib.
Qeyd edək ki, bu məsələlər bir neçə gün əvvəl Assosiasiya üzvləri ilə Dövlət Vergi Xidmətin nümayəndələri arasında görüşdə də qaldırılıb. Keçirilən görüşdə assosiasiya üzvləri qarşılaşdıqları problemlərə diqqət çəkib, bu sahədə olan problemlərin həll olunması üçün müəyyən təkliflər irəli sürüblər.
Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Hacızadə FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, hazırda sektorun təmsilçiləri bir sıra problemlərlə üzləşiblər. Bunlardan biri vergilərin artıq olması və onların azaldılması imkanlarıdır:
“Dövlət Vergi Xidməti ilə görüşdə gəlir vergisinin, əmlak vergisinin, görmükdə olan müvafiq problemlərin həlli istiqamətində - malların saxlanılması, rüsumların tənzimlənməsi məsələsi müzakirə olundu. Bu məsələni hazırda sadalamaq mümkün olmasa da, demək olar ki, kifayət qədər geniş məsələlərə toxunuldu. Burada əsas məsələ vergi, faiz, müəyən güzəştlərin olması və müəssisələrin maliyyə imkanlarına əlçatması məsələləri idi”.
Sədr vergilərin azaldılması ilə bağlı müəyyən təkliflərin irəli sürdüldüyünü bildirərək qeyd edib ki, ümumiyyətlə iş adamların vergi sistemi, daha dəqiqi inzibatçılığı ilə ilə bağlı problemləri yoxdur:
«Vergi nöqteyi nəzərən hazırda sistem mükəmməl qurulub. Müəssisələrin vergi baxımından heç bir iradları, şikayətləri yoxdur. Onlayn şəkildə vergiləmə, ƏDV-lərin ödənilməsi və s. yüksək səviyyədədir».
Qurum bildirir ki, əsas məsələ vergi dərəcələrində və güzəştlərin ilə bağlıdır:
«Görüşdə vergilərin azaldılması ilə bağlı müəyyən təkliflər verildi. Təbii ki, bu bir-iki günün məsələsi deyil, bunun üçün kifayət qədər vaxt lazımdır. Bu yalnız bizim assosiasiya ilə deyil, çox böyük iş adamları ilə görüşlər keçirilir və onların da mövqeləri öyrənilir».
Assosiasiya rəhbəri bildirir ki, görüşdə müzakirə olunan əsas məsələlərdən biri gömrük prosedurları ilə bağlı olub. Söhbət malların saxlanılmasına nəzarət, idxal qiymətləri, müxtəlif prosedurlardan gedir: «Gömrük rəsmiləşməsiilə bağlı müxtəlif problemlər var. Məsələn, müəssisə xammalı idxal edən zaman qiymətlər dəyişə, bir gün baha, digər gün ucuz ola bilir. Bu hallar sual yaradır. Bundan əlavə sənədlərdə hansısa problemlər yarananda məhsul labaratoriyaya salınır, bir həftə- on gün saxlanılır. Bu isə, əlavə xərclər, müəssisənin xərc yükünün artması deməkdir. Nəticədə bütün bu xərclər məhsulun yekun qiymətinin artmasına səbəb olur: «Tutaq ki, qablaşdırma sektorundakı 1 AZN-lik məhsul gəlib çıxır, 1,1 – 1,2 AZN-ə. Bu xərclər də yekunda istehsalçı müəssisələrin xərclərinin üzərinə gəlir. Nəticədə məhsulun bahalşmasına gətirib çıxarır».
Assosiasiya üzvləri təklif edir ki, vergi və gömrük tariflərində diferensiallaşma tətbiq olunsun, faizlər dövriyyədən asılı olaraq dəyişsin: «Bu sektorda müəyyən faizlər var. Bunları güzəştli formada həll etmək üçün bir mexanizm olmalıdır. Məsələn, dövriyyə müəyyən həddi keçəndən sonra fərqli faiz tətbiq olunsun. Hazırda faiz yükü müxtəlif sahələrdən asılıdır. Məsələn Sənaye Parklarında, Azad İqtisadi Zonalarda faiz yükü yoxdur, amma buraya daxil olmayan müəssisələrdə faiz yükü var. Buna hansısa bir formada diqqət yetirmək lazımdır. Bunlar tənzimlənsə, sektorun inkifaşına öz töhfəsini vermiş olar».
Assosiyasiya rəhbəri görüşlərin nəticələrindən razı qaldığını bildirib: «İqtisadiyyat Nazirliyində bu təkliflərə müsbət yanaşıldı, iş adamları da razı qaldı. Bizim fikirlərimizə diqqətlə yanaşıldı, Nazirlik də öz mövqelərini bildirdi. Mövcud olan problemlər daha çox texniki problemlərdir, bunları müəyyən müddətə həll etmək olar, qısa zaman içərisində həll olunacaq məsələ deyil”, - deyə İdarə Heyətinin sədri əlavə edib.













