"Azərbaycan Karton Qutu və Qablaşdırma" MMC-nin (VÖEN: 4501765111) külli miqdarda ödənilməmiş vergi borcu var.
FED.az xəbər verir ki, şirkətin vergi borcu hazırda nə az, nə çox - 292 min 157,21 manatdır.
Bildirək ki, "Azərbaycan Karton Qutu və Qablaşdırma" MMC 19 sentyabr 2018-cİ ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. MMC-nun qanuni təmsilçisi Bəhram Əliyev Elxan oğludur.
Hüquqi ünvanı AZ4001, QUBA RAYONU, QUBA ŞƏHƏRİ, MƏH 22-dir.