Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığı barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytları vasitəsilə məlumat əldə edə bilərlər.
"Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq"
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı maarifləndirici videotəlimat hazırlayıb.
Təlimat DVX-nin internet saytlarında təqdim olunan elektron xidmətlər vasitəsilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi prosesini əks etdirir.