“Müddətli vergi güzəşti 1 yanvarda bitirdi. Nə baş verəcəkdi? 2500 manata qədər aylıq gəliri olan şəxslər 14%, 2500 manatdan yüksək gəliri olanlar isə 25% gəlir vergisi ilə vergiyə cəlb olunacaqdı”.
Özəl sektorda gəlir vergisi üzrə yeni güzəşt mexanizmi tətbiq olunacaq - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
“Lakin Azərbaycan hökuməti özəl sektorun, xüsusilə qeyri-neft sahəsinin inkişafını nəzərə alaraq, yeni güzəştli rejim təqdim edir. Artıq güzəştli rejim olaraq yox, daimi rejim olaraq bu dərəcələri 50% aşağı salırıq. Yəni 14%-lik rejimi 7%-ə salırıq. Bundan əlavə, bu keçid mərhələli şəkildə həyata keçiriləcək. 2026-cı ildə əhalinin böyük əksəriyyətini əhatə edən aylıq gəliri 2500 manata qədər olan işçilərin ödəyəcəyi vergi 3% olacaq. Mən deputatlar, ekspertlərə çağırış edirəm ki, istənilən ölkələrin rejimini araşdırsınlar və neçə gəlir vergisi 3% olan ölkə tapırlarsa, qeyd etsinlər. Bunun özü də çox böyük güzəştdir”, - deyə nazir qeyd edib.
***
Sahil Babayev əlavə edib ki, neft qiyməti cari il üçün 70 dollar müəyyən edilmişdi: “10 ayın göstəricilərinə əsasən deyə bilərəm ki, təqribən orta rəqəm 72 dolların üzərindədir. Növbəti il üçün isə orta göstərici 65 dollar olaraq müəyyən olunub. Bu rəqəm müxtəlif beynəlxalq qiymətləndiricilər tərəfindən verilən proqnozlar əsasında formalaşıb”.










