Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Vergilər

  1. Ana səhifə
  2. Vergilər
  1. Vergilər

Mədinə Əliyeva: “Toxum istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən dəstək göstərilir” - MÜSAHİBƏ

Mədinə Əliyeva: “Toxum istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən dəstək göstərilir” - MÜSAHİBƏ | FED.az
16:21 25 Sen 2023

Kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlığın əldə edilməsi üçün vacib olan məsələlərdən biri də toxumçuluğun düzgün təşkil edilməsidir. Düzgün seçilmiş toxum istehsalın artmasına güclü təkan verir.

FED.az Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyevanin toxumçuluqla bağlı müsahibəsini təqdim edir:

- Mədinə xanım, Azərbaycan Toxumçular Assosiasiyasının nə kimi vəzifələri var?

- Assosiasiyanın məqsədi ölkə ərazisində fəaliyyət göstərən toxum istehsalçılarını birləşdirmək və toxumçuluğu elmi əsaslarla inkişaf etdirməkdir. Əsas vəzifəmiz ölkədə istehsal edilən toxumların keyfiyyət zəmanətinin təmin edilməsinə, toxumçuluq sahəsində mütərəqqi təcrübənin tətbiqinə və torpaq mülkiyyətçilərinin maarifləndirilməsinə kömək etmək, toxumçuluq sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlıq etməklə ölkəmizin maraqlarının təmin olunmasına, əkinçilikdə yeni texnologiyaların istifadəsinə və ekoloji tarazlığın qorunmasına, toxumçuluq sahəsində qabaqcıl təcrübənin yayılmasına dəstək verməkdir.

Fermerlərin keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi
kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir

- Bölgələrdə toxumçularla keçirilən görüşlərin, eləcə də respublikanın müxtəlif bölgələrində təşkil olunan toxum sərgi-satış yarmarkalarının əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan regionların sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində digər məqsədlərlə yanaşı, aqrar sektorda istehsal və ixrac imkanlarını artırmağı da hədəfləyib. Buna nail olmaq üçün son illər ölkədə uğurla reallaşdırılan sosial-iqtisadi inkişafa dair müvafiq dövlət proqramları çərçivəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. Aqrar sektorun inkişafı kompleks xarakter daşıyır, məhsul istehsalında dəyər zənciri üzrə bütün mərhələlərdə aqrotexniki tələblər yüksək səviyyədə gözlənilir, məhsuldarlığın artırılmasına yönəldilmiş müvafiq tədbirlər həyata keçirilir. Fermerlərin keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir. Gələcək bol məhsulun əsası torpağa səpilən keyfiyyətli, yüksək reproduksiyalı toxumla qoyulur. Buna görə də son illərdə respublikamızda toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Azərbaycan Toxumçular Assosiasiyası hər zaman bu sahədə fəaliyyət göstərən fermerlərin problemlərini diqqət mərkəzində saxlayır. Belə ki, cari ilin iyun ayından başlayaraq bölgələrdə toxumçu fermerlərlə görüşlər keçirilir, onların problemləri dinlənilir, müvafiq məsləhət və tövsiyələr verilir. Bugünə kimi 200-ə yaxın belə görüş keçirilib və hazırda da davam etdirilir.

Hər il olduğu kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə müxtəlif bölgələrdə keçirilən toxum sərgi-satış yarmarkalarına maraq böyükdür. Sərgidə dənli (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və avadanlıqlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələri nümayiş olunur. Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlimlər keçirilir, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilir. Ümumiyyətlə isə müxtəlif regionlarda keçirilən toxum sərgi-satış yarmarkaları fermer və toxumçular arasında birbaşa əlaqələrin yaradılmasında mühüm rol oynayır.

Müxtəlif regionlarda keçirilən toxum sərgi-satış yarmarkaları fermer və
toxumçular arasında birbaşa əlaqələrin yaradılmasında mühüm rol oynayır

- Azərbaycan Toxumçular Assosiasiyası dövlət qurumları ilə əlaqəni hansı formada qurub?

- Assosiasiya Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən nazirliyin tabeli qurumları ilə sıx əməkdaşlıq edir. Belə ki, cari ildə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi əməkdaşlığın genişləndirilməsi, istehsal olunan keyfiyyətli və məhsuldar tərəvəz toxumlarının fermerlərə çatdırılmasına dəstək verilməsi, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliği işlərinin birgə həyata keçirilməsi, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə treninqlərin təşkil edilməsidir. Assosiasiya Dövlət Toxum Fondu ilə də sıx əməkdaşlıq edir, birgə maarifləndirici tədbirlər həyata keçirir.

- Toxumçuluğun inkişafı üçün daha hansı tədbirlər görülür?

- Azərbaycanın regionlarında toxumçuluğun inkişafı diqqət mərkəzində saxlanılır. Ölkəmizdə toxumçuluğun inkişafını təmin etmək üçün zəruri hüquqi baza yaradılıb. Eyni zamanda, regionlarda toxum istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən maddi dəstək göstərilir, subsidiyalar verilir. Regionlarda toxum laboratoriyaları, toxum emalı zavodları yaradılıb. Azərbaycan Toxumçular Assosiasiyası koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək bu sahənin inkişafına öz töhfəsini verir.

- Fermerlər toxum seçimi zamanı nələrə diqqət etməlidirlər?

- Sahəyə yüksək keyfiyyətli toxumların səpilməsi məhsuldarlığın artırılmasında mühüm şərtdir. Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnmə işləri görülməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Sahədən qəbul olunmuş toxum materialını səpinə hazırlayarkən onun təmizlənməsi, qurudulması, sortlaşdırılması və dərmanlanması işləri ardıcıllıqla yerinə yetirilməlidir.

Bioloji xüsusiyyətlərinə görə torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış taxıl sortlarından istifadə məhsuldarlığı xeyli artırır. Ona görə də taxıl əkininin yerli torpaq-iqlim şəraitinə uyğun sortlarla aparılması daha məqsədəuyğundur. Əkiləcək torpaq sahələrinin təsnifatına, həmçinin sələfinə görə düzgün seçilməsi də məhsuldarlığın artmasına təsir göstərən amillərdəndir.

- Toxumun təmizliyi və keyfiyyəti hansı qaydada olmalıdır?

- Toxumlar sortluq və əkin keyfiyyətlərinə görə qiymətləndirilir. Sortluq keyfiyyəti dedikdə, özünəməxsus əlamət və keyfiyyət nəzərdə tutulur. Səpin keyfiyyətinə isə təmizliyi, cücərməsi, cücərmə enerjisi, rütubətliliyi, 1000 dənin çəkisi, ziyanverici və xəstəliklərə davamlılığı kimi amillər daxildir. Toxumların təmizliyi əsas bitki toxumlarının analiz üçün götürülmüş toxum çəkisinə nisbətən qarışıqların çəkisi ilə xarakterizə olunur. Standarta görə, əsas bitki toxumunun təmizliyi 97 faizdən az olmamalıdır. Toxumlar səpin keyfiyyətinə görə kateqoriyalara bölünür. Məsələn, I sinfin təmizliyi 99 faiz, cücərməsi 95 faiz, II sinfinki, müfaviq olaraq, 98 və 92 faiz, III sinfinki isə 97 və 90 faizdir. Əkin keyfiyyətinə görə I, II və III sinfə aid toxumlar kondisiyalı toxumlar adlanır.

Toxumun dərmanlanması mütləq və zəruri tədbirlərdəndir və bütün təsərrüfatlarda həyata keçirilməsi vacibdir. Dərmanlanma zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Cücərmə qabiliyyəti 85 faizdən aşağı olan toxumlar səpin üçün yararsız sayılır.

Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların
bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnmə işləri görülməli, səpin optimal
müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır

- Fermerlər yüksək məhsul əldə etmək üçün nə etməlidirlər?

- Yüksək məhsul əldə etmək üçün, ilk növbədə, düzgün toxumun seçilməsi, toxumun təmizliyi, cücərdilmə qabiliyyətinin yüksək, həmçinin sertifikatlı olması əsas şərtlərdir. Payız əkini öncəsi toxuma tələbat artdığı üçün fermerlərə çağırış edərək bir daha bildiririk ki, onlar müvafiq iqlim şəraitinə uyğun sortlara, o cümlədən toxumun sertifikatlı olmasına diqqət etsinlər. Xatırladım ki, bu il respublikada toxumçu fermerlər tərəfindən yüksək kondisiyalı, sertifikatlı toxumlar istehsal olunub.

- Ölkədə fermerlər məhsuldar toxum əldə edə bilirlərmi?

- İlk öncə onu qeyd edim ki, fermer torpaq-iqlim şəraitinə uyğun, sertifikatlı toxum əkirsə, həmçinin vaxtlı-vaxtında aqrotexniki qulluq işləri aparırsa, fövqəladə hallar (təbii fəlakət, dolu, güclü yağışlar) istisna olmaqla, yüksək məhsul əldə edəcək. Bütün bunlarla yanaşı, əgər bitkidə hər hansı çatışmazlıq müşahidə olunursa, ilk növbədə torpağın qida tərkibini öyrənmək və çatışmayan elementi bitkinin xüsusiyyətinə uyğun təmin etmək lazımdır. Hər bir torpaq tipində əkiləcək bitkinin əkin strukturunu planlaşdırmaq və gübrə normalarına olan tələbatı vaxtında müəyyən etmək lazımdır. Suala gəlincə isə bildirim ki, toxumçu fermerlərimiz düzgün aqrotexniki qulluq nəticəsində hər il yüksək məhsul əldə edə bilirlər. Sevindirici haldır ki, son illər aqrar sahədə yeni innovativ imkanlar genişləndirilib.

- Fermerlərin istifadə etdiyi hansı bitki toxumları daha məhsuldardır və bu məhsuldarlığın səbəbi nə ilə izah oluna bilər?

- Fermerlər daha çox rayonlaşmış yerli buğda və arpa sortlarına maraq göstərirlər. Buna səbəb də həmin toxumların regionun torpaq-iqlim şəraitinə, həmçinin xəstəliyə davamlı olmasıdır. Buna misal olaraq, “Qobustan”, “Murov 2”, “Qırmızıgül 1”, “Aran”, “Fatimə”, “Şəfəq 2”, “Əsgəran”, “Mətin”, “Xəzri”, “Onur”, “Cümhuriyyət-100”, “Qarabağ 22”, “Dəyanətli”, “Qüdrətli 48” sortlarını göstərmək olar. (Vergilər.az)

Banner
Banner
  • Mədinə Əliyeva
  • Toxum istehsalı
  • fermerlər
  • Kənd təsərrüfatı
  • Toxumçular Assosiasiyası
Paylaş

Digər xəbərlər

Hesabatın vaxtında təqdim olunmamasına görə - MALİYYƏ SANKSİYASI
Vergilər 28 Noy 2023
Hesabatın vaxtında təqdim olunmamasına görə - MALİYYƏ SANKSİYASI
Elektron ticarət aparan qeyri-rezidentlər üçün yeni qaydalar - VİDEO
Vergilər 27 Noy 2023
Elektron ticarət aparan qeyri-rezidentlər üçün yeni qaydalar - VİDEO
Hansı hallarda sahibkar - RİSKLİ VERGİ ÖDƏYİCİSİ SAYILIR?
Vergilər 27 Noy 2023
Hansı hallarda sahibkar - RİSKLİ VERGİ ÖDƏYİCİSİ SAYILIR?
Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs - Təsis Edə Blməyəcək
Vergilər 27 Noy 2023
Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs - Təsis Edə Blməyəcək
Əməkhaqqı və kompensasiyalardan vergilər - NECƏ HESABLANIR?
Vergilər 27 Noy 2023
Əməkhaqqı və kompensasiyalardan vergilər - NECƏ HESABLANIR?
İşçilərə ödənilən mükafatlar hansı hallarda əməkhaqqına daxil edilir?
Vergilər 23 Noy 2023
İşçilərə ödənilən mükafatlar hansı hallarda əməkhaqqına daxil edilir?
Muzdlu işçilərin - VERGİ ÖHDƏLİYİ
Vergilər 22 Noy 2023
Muzdlu işçilərin - VERGİ ÖHDƏLİYİ
Tibb sahəsində ƏDV-nin hesablanması qaydası dəyişir
Vergilər 21 Noy 2023
Tibb sahəsində ƏDV-nin hesablanması qaydası dəyişir
Vergi Məcəlləsinə icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərclərilə bağlı dəyişiklik edilir
Vergilər 21 Noy 2023
Vergi Məcəlləsinə icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərclərilə bağlı dəyişiklik edilir
"Yükdaşıma ilə məşğul olan şəxslər artıq məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olmayacaqlar"
Vergilər 21 Noy 2023
"Yükdaşıma ilə məşğul olan şəxslər artıq məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olmayacaqlar"
"Təkbaşına fəaliyyət göstərən fiziki şəxslər üçün çox çətin olacaq"
Vergilər 21 Noy 2023
"Təkbaşına fəaliyyət göstərən fiziki şəxslər üçün çox çətin olacaq"
Naxçıvanda 10 ayda istehlakçılara 652 min manat - ƏDV GERİ QAYTARILIB
Vergilər 21 Noy 2023
Naxçıvanda 10 ayda istehlakçılara 652 min manat - ƏDV GERİ QAYTARILIB

SORĞU

"AZƏRİŞIQ" ASC-nin xidmətlərindən razısınızmı?
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "A-Group sığorta şirlkəti" işçilər axtarır - VAKANSİYALAR
    21:06 28 Noy 2023
  • "AFB Bank" işçi axtarır - VAKANSİYA
    21:04 28 Noy 2023
  • "BS Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:56 28 Noy 2023
  • "PwC Azerbaijan" işçi axtarır - VAKANSİYA
    20:53 28 Noy 2023
  • "Karabakh Group" Qarabağda işləmək üçün işçi axtarır - VAKANSİYA
    20:51 28 Noy 2023
  • "Askona" işçi axtarır - MAAŞ 1100-2200 MANAT - VAKANSİYA
    20:48 28 Noy 2023
  • "Daşkəsən Dəmir Filiz MMC" işçi axtarır - VAKANSİYA
    20:38 28 Noy 2023
  • "Kila Group" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:34 28 Noy 2023
  • "Araz Supermarket" işçi axtarır - VAKANSİYA
    20:31 28 Noy 2023
  • "CETA Project Logistics" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
    20:27 28 Noy 2023
  • Prezident Administrasiyasının rəhbəri - İCLAS KEÇİRDİ
    20:19 28 Noy 2023
  • Azərbaycanda pivə bahalaşır – YENİ QİYMƏTLƏR AÇIQLANDI, MƏBLƏĞLƏR
    20:06 28 Noy 2023
  • "Sərmayə yatırıb, qazanacaqsınız" deyib azərbaycanlı məmurların - 350 MİN DOLLARINI ƏLİNDƏN ALIBLAR
    20:00 28 Noy 2023
  • «Chanel»in sahibi İsveçrənin - ƏN ZƏNGİN ADAMIDIR
    19:45 28 Noy 2023
  • Dövlət qurumu bu şirkətdən 256 minlik metal rabitə dirəkləri – SATIN ALDI
    18:20 28 Noy 2023
  • DOST agentliyi avtobusa - 237 MİN SƏRF EDƏCƏK
    18:12 28 Noy 2023
  • Yaşıl Maliyyə Mərkəzinin nümayəndələri Bakı Fond Birjasında təqdimat ilə çıxış ediblər
    18:05 28 Noy 2023
  • Azərbaycanda zərər çəkmiş sığortalı fermerlərə - 6 MİLYON MANAT ÖDƏNILƏCƏK
    18:00 28 Noy 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:55 28 Noy 2023
  • Dövlət qurumu 1 milyonluq İKT avadanlıqları aldı – TENDER NƏTİCƏSİ
    17:48 28 Noy 2023
  • Laçında 3 milyonluq təmir tenderinin qalibi – BƏLLİ OLDU
    17:36 28 Noy 2023
  • Türkmənistanda - SOCAR-ın OFİSİ AÇILDI - FOTOLAR
    17:30 28 Noy 2023
  • Avropada Rusiya almazının satışı - QADAĞAN OLUNDU
    17:24 28 Noy 2023
  • “Azərşəkər” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    17:20 28 Noy 2023
  • Azərbaycanda minatəmizləmə işlərinə siçovullar - CƏLB OLUNUB
    17:18 28 Noy 2023
  • Bakıda ticarət mərkəzində - YANĞIN OLUB
    17:15 28 Noy 2023
  • “Baku Vinter Park Hotel Company” MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:13 28 Noy 2023
  • Dövlət qurumu 4 ədəd modul tipli laboratoriyaya 1 milyon – XƏRC ÇƏKƏCƏK
    17:09 28 Noy 2023
  • "Santral Elektrik" yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ
    17:00 28 Noy 2023
  • “Bakı Metropoliteni”nin 167 minlik tenderinin qalibi – MƏLUM OLDU
    16:54 28 Noy 2023
  • Samuxda abadlıq işləri tenderi – BU ŞİRKƏTƏ VERİLDİ
    16:47 28 Noy 2023
  • "Türkmənistanla qarşılıqlı sərmayə qoyuluşu üçün münbit şərait var" - FOTOLAR
    16:31 28 Noy 2023
  • Sumqayıtda küçələrin təmir işlərinə - 203 MİN AYRILDI
    16:24 28 Noy 2023
  • “B2B Group” MMC bu quruma 294 minlik maşın və avadanlıq satacaq
    16:17 28 Noy 2023
  • Orta və yaşlı əhali qızılcaya qarşı peyvənd olunacaq - RƏSMİ
    16:14 28 Noy 2023
  • İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr - TƏYİN EDİLİB
    16:09 28 Noy 2023
  • Yoxlama nəticəsində bakteriyalar aşkarlanan bu dönərxanalar da bağlandı – SİYAHI
    16:04 28 Noy 2023
  • "Muğanbank"ın əmanətçilərinə bir gündə 65 milyon manat - KOMPENSASİYA ÖDƏNİLİB
    15:57 28 Noy 2023
  • Təhsil Nazirliyindən 8,4 milyonluq daha – 2 TENDER NƏTİCƏSİ
    15:54 28 Noy 2023
  • Azərbaycan banklarının mənfəətdən vergiləri 34% artıb
    15:53 28 Noy 2023
  • Dövlət Turizm Agentliyi 2,4 milyonluq tenderə yekun vurdu – QALİB ŞİRKƏT
    15:50 28 Noy 2023
  • "Hemat Trade" yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB -SƏBƏB
    15:47 28 Noy 2023
  • Banklar turizm şirkətlərinə kredit vermirlər - ATAA -DAN AÇIQLAMA
    15:45 28 Noy 2023
  • Bakıda 4 şirkətə qarşı dələduzluq edən şəxsə - 8 İL HƏBS CƏZASI VERİLDİ
    15:41 28 Noy 2023
  • Azərbaycan banklarının əməliyyat mənfəəti 23% artıb
    15:39 28 Noy 2023
  • “OBA” noyabr ayı ərzində sıralarını genişləndirib – STATİSTİKA
    15:34 28 Noy 2023
  • Azərbaycanda kiloqramı 2400 manata çay satılır - BƏS ALICILARI KİMLƏRDİR?
    15:29 28 Noy 2023
  • “Enginet” MMC müəlliflik hüququnun pozulmasına görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:24 28 Noy 2023
  • "Azerçay" türkiyəli elm adamlarının tədbirinə baş sponsor olub - FOTOLAR
    15:22 28 Noy 2023
  • Qarabağda 8 peşə liseyi tikiləcək
    15:19 28 Noy 2023
  • Banklarının  xidmətlər üzrə haqq və komissiya xərcləri 51% artıb
    15:17 28 Noy 2023
  • Hərbçilərin əmək pensiyasına əlavələrin verilmə qaydası - DƏYİŞİR
    15:15 28 Noy 2023
  • Tibbi qurumun 1,9 milyonluq tenderinin qalibi – BU ŞİRKƏT OLDU
    15:07 28 Noy 2023
  • Azərbaycanla Türkmənistan arasında bir sıra sahələrdə əməkdaşlıq genişləndiriləcək
    15:02 28 Noy 2023
  • 18,5 milyon dəyərində 3 tenderə yekun vuruldu - 3 ŞİRKƏT İRİ TENDERLƏR UDDU
    14:59 28 Noy 2023
  • Azərbaycan banklarının qeyri-faiz xərcləri 24% artıb
    14:56 28 Noy 2023
  • “Banklardakı əmanətlər 1 ayda 141 milyon manat azalıb”
    14:53 28 Noy 2023
  • Dövlət qurumunun 3,7 milyonluq tenderini “Ricon” MMC - UDDU
    14:47 28 Noy 2023
  • Macarıstan və ABŞ-dan Azərbaycana quş əti məhsullarının idxalına - MƏHDUDİYYƏT QOYULDU
    14:42 28 Noy 2023
  • “Medsol" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    14:39 28 Noy 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 8.03▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 6.50●0.00% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 5.50▼-0.10% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 6.07▲0.37% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.40▲0.06% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1020.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 922.95 / Satış: 969.10 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1021.20 / Satış: 1035.18 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73