İqtisadiyyatın rəqəmsallaşması nəticəsində sürətlə inkişaf edən elektron ticarətin şəffaf və qanunamüvafiq şəkildə vergiyə cəlb edilməsi, verginin əsas iqtisadi fəaliyyətin həyata keçirildiyi və dəyərin yarandığı ölkədə tutulması məqsədilə cari ilin əvvəlində Vergi Məcəlləsində dəyişikliklər edilib.
Azərbaycanda bu spirtli içkilərin aksiz vergisi - 20% ARTIRILIR
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
Bundan irəli gələrək, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli qərarı ilə “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası” təsdiq edilib. Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin tələblərinə uyğun hazırlanmış bu sənəd rezidentlərə (eyni zamanda vətəndaşlara) elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim olunmasından gəlir əldə edən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması ilə bağlı təşkilati və hüquqi əsasları müəyyənləşdirir.
Qayda Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlərə şamil edilmir. Qərara əsasən, elektron ticarəti həyata keçirən qeyri-rezidentlər ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınacaqlar. Qaydanın məqsədləri üçün qeyri-rezident dedikdə, internet vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən qeyri-rezident şəxs nəzərdə tutulur.
Qeyri-rezident tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər üzrə aşağıdakı şərtlərdən hər hansı biri ödənildiyi halda, vergi bəyannaməsi təqdim edilir:
- işləri və xidmətləri alan rezident şəxs ödənişi Azərbaycanda yerləşən banklar vasitəsilə həyata keçirərsə;
- həmin şəxs Azərbaycanda yerləşərsə;
- şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycanda yerləşərsə;
- mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aiddirsə.
Beləliklə, yeni qaydalara əsasən, uçota alınan qeyri-rezident şəxs tərəfindən xidmətlərin göstərilməsi zamanı vergi agenti, yəni banklar tərəfindən ödəmə mənbəyində ƏDV tətbiq edilməyəcək. Bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən, Vergi Məcəlləsinə uyğun olaraq hesablanıb ödəniləcək. Nəticə etibarilə, vergi öhdəliyi birbaşa qeyri-rezidentin özü tərəfindən icra ediləcəyindən, bu, qeyd olunanlarla yanaşı, vətəndaşların maliyyə vəsaitlərinin qənaət edilməsinə xidmət göstərəcək.