Dövlət Vergi Xidməti 2025-ci ilin ilk 10 ayında, yəni yanvar-oktyabr aylarında vergilər və digər məcburi ödənişlər üzrə yığımların vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olub, proqnoza 105,5 faiz əməl edilib. Bu o deməkdir ki, Vergi Xidməti gözləniləndən 750 milyon manat artıq vergi toplaya bilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə toplanan vergi 230 milyon manat və ya 1,6 faiz artıb.
Maraqlı rəqəmlər iqtisadiyyatın ayrı-ayrı sahələrindən toplanan vergilərlə bağlıdır. Vergi Xidməti bildirir ki, ödənilən vergilərin 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi isə neft-qaz sektorunun payına düşüb.
Belə ki, ilk 10 ayda qeyri-neft-qaz sektorundan 10 milyard 412 milyon manat vergi yığılıb, burada proqnoza 103,0 faiz icra edilib. Yəni 300 milyon manat artıq vergi yığılıb.
Neft-qaz sektorundan isə bu dövrdə yığılan vergilər isə 3 milyard 966 milyon manat olub. Bu plandan 447 milyon manat və ya təqribən 13% artıqdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə neft-qaz sektorundan vergi daxilolmaları 860,3 milyon manat və ya 9,0 faiz artıb.
Başqa sözlə, Azərbaycanda ilk 10 ayda plandan artıq toplanan 750 milyon manat verginin yarıdan çoxu neft sektorunun payına düşüb.
2025-ci ilin yanvar – oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 563,0 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 503,5 milyon manat olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artıb və 185,5 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz artaraq 650,0 milyon manat olub.








![Dövlət Vergi Xidməti bu il 750 milyon manat - [red]ARTIQ VERGİ TOPLAYIB - MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/293562.jpg)
![Dövlət Vergi Xidməti bu il 750 milyon manat - [red]ARTIQ VERGİ TOPLAYIB - MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/1514805.jpg)
![Dövlət Vergi Xidməti bu il 750 milyon manat - [red]ARTIQ VERGİ TOPLAYIB - MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/2888319.jpg)
![Dövlət Vergi Xidməti bu il 750 milyon manat - [red]ARTIQ VERGİ TOPLAYIB - MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/695642.jpg)
![Dövlət Vergi Xidməti bu il 750 milyon manat - [red]ARTIQ VERGİ TOPLAYIB - MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/52021.jpg)
![Dövlət Vergi Xidməti bu il 750 milyon manat - [red]ARTIQ VERGİ TOPLAYIB - MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/2886587.jpg)









