Səhmdar cəmiyyətinin 2022-ci maliyyə iliində yaranmış xalis mənfəəti səhmdarların 31 yanvar 2023-cü il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə bölüşdürülmüş, dividendlər 2023-cü ilin fevralın 1-dən sonra ödənilmişdir. Bu halda Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinədə nəzərdə tutulmuş vergidən azadolmalar və güzəştlər həmin dividend gəlirlərinə aid edilirmi?
Azərbaycanda istehsal edilən avtomobillər - ƏDV-dən AZAD OLUNACAQ
FED.az Dövlət Vergi Xİdmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində isə qeyd olunur ki, dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Qeyd olunanlara əsasən, 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.
Qeyd edilib ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, MMC tərəfindən 2023-cü il fevralın 1-dən sonra elan edilmiş dividendlər kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər üzrə ödənildiyi halda gəlir vergisindən azadolma tətbiq olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.