Azərbaycanda vergidən yayınmaya qarşı mübarizəni gücləndirmək üçün yeni üsulların tətbiqi nəzərdə tutulur.
Azərbaycanın regionlarındakı hotellərin əmlak vergisi - 75% AZALDILIR
Azərbaycanda bu spirtli içkilərin aksiz vergisi - 20% ARTIRILIR
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, vergidən yayınmaya qarşı mübarizə və vergi cinayətkarlığının qarşısının alınması yolunda indiyədək istifadə olunmayan mübarizə üsullarından da istifadə olunacaq.
Qeyd edək ki, dünya ölkələrində biznes mühitində vergidən yayınmanın qarşısının alınması, yayınma halları ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər sınaqdan keçirilir və mübarizə metodlarının daha səmərəli formalarının tətbiq dairəsi genişlənir.
Dövlət Vergi Xidmətindən (DVX) bildirilib ki, vergidən yayınmanı minimallaşdırmaq üçün beynəlxalq təcrübədə istifadə edilən alətlərdən biri də vergi cinayətləri ilə mübarizə sahəsində "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqidir.
Bu sahədə tədbirlərin səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) da diqqət mərkəzindədir. Artıq OECD "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" adlı metodologiya xarakterli sənəd qəbul edib. Sənǝd vergi cinayətləri ilə mübarizə sisteminin təkmilləşdirilməsi üçün hüquqi çərçivədə uğurlu təcrübələrin müəyyənləşdirilməsini, müvafiq sahədə proseslərin izlənilməsini, dəstək mexanizmləri üçün təlim ehtiyaclarının ödənilməsini nəzərdə tutur.
FED.az xəbər verir ki, bu 10 prinsip aşağıdakılardır:
(1) Vergi hüquqpozmalarının cinayət hesab edilməsini, (2) Vergi cinayətlərinin aradan qaldırılması üçün effektiv strategiyanın hazırlanması, (3) Vergi Xidmətinin Adekvat İstintaq Səlahiyyətlərinə sahib olması, (4) Aktivləri dondurmaq, müsadirə etmək və müsadirə etmək üçün effektiv səlahiyyətlərə sahib olunması, (5) Müəyyən edilmiş öhdəlikləri olan təşkilati strukturun qurulması, (6) Vergi Cinayətlərinin Araşdırılması üçün Adekvat Resursların olması, (7) Vergi cinayətlərinin çirkli pulların yuyulması cinayətləri ilə eyniləşdirilməsi, (8) Daxili qurumlararası əməkdaşlıq üçün effektiv çərçivənin yaradılması, (9) Beynəlxalq Əməkdaşlıq Mexanizmlərinin Mövcud olması, (10) Şübhəlilərin hüquqlarının qorunması.
Dövlət Vergi Xidməti də vergi nəzarətinin müxtəlif formalarının tətbiq edilməsi və bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq üçün təkmilləşdirmə işləri aparır. Qurum tərəfindən OECD-nin "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" sənədinin milli təcrübədə tətbiqi imkanları araşdırılıb və vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından istifadə edilməsinə və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatların açıqlanmasına başlanılıb.
Qeyd edək ki, dünya təcrübəsində vergidən yayınanlara qarşı "çəkindirmə" ("naming and shaming") metodlarının tətbiqi geniş yayılıb.
Söhbət vergidən yayınan və vergi borcu olan vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanması və onları ictimai qınağa cəlb edilməsindən gedir. Məqsəd həmin şəxsləri öhdəliklərini yerinə yetirməyə vadar etmək və şəffaflığı təmin etməkdir.
Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması və gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi vergiödəyicilərinin vəzifəsidir. Bu öhdəliyin düzgün yerinə yetirilməsi isə bütün cəmiyyətin rifahı və iqtisadi artım deməkdir.
Dünya təcrübəsində nəzarət mexanizmləri
FED.az xəbər verir ki, "Naming and shaming" metodu ayrı-ayrı ölkələrdə çoxdan və fərqli üsullarla tətbiq edilir. Məsələn Britaniyada yerli Vergi və Gömrük idarəsi (HMRC) vergi qanunvericiliyini pozan vergi ödəyicilərinin adlarını ictimaiyyətə açıqlayır. Qanuna görə ödənilməyən verginin məbləği 25 min funtdan artıq olan şirkətlərin və şəxslərin siyahısı dərc edilir. Burada vergi ödəyicisinin adı, ticarət nişanı, ünvanı, ödəmədən yayındırılmış verginin məbləği və cərimələr barədə məlumat yerləşdirilir, siyahı dərc olunan kimi vergini ödəməyin xeyri olmur – hətta vergi ödənilsə də siyahı azı 1 il ictimaiyyətə açıq qalır və yalnız bundan sonra yığışdırılır. Məsələn bğir neçə gün əvvəl Şotlandiyada 7 şirkət ümumilikdfə 310 min funt vergini qəsdən ödəmədiyinə görə, onların yeni siyahısı dərc edilib və az bir il açıq qalacaq. Bu üsula «qəsdən müflisləşmək» də deyirlər. Bundan əvvəl isə sentyabrda vergidən yayınan 100 şirkətin siyahısı dərc edilib.
Eyni üsul 2012-ci ildən Sloveniyada da tətbiq edilir.
Burada «biabır etmə» qaydası ödəyicinin vergi borcu 5 min avronu keçəndən sonra başlayır. Vergi qurumu 5000 avrodan çox borcu olan və onu qəsdən ödəməyən ödəyicilərin siyahısını rəsmi saytında açıqlayır. Elanda şirkətin və sahibinin adı, o cümlədən burada 25%-dən artıq payı olanların adı açıqlanır. İndiyədək bu ölkədə vergidən qəsdən yayınan minlərlə şəcsin və şirkətin adı dərc edilib.
Qonşu Xorvatiyada da eyni üsul tətbiq edilir və vergidən yayınanların siyahısının açıqlanması indiyədək büdcəyə milyonlarla dollar vəsaitin yığılmasına imkan verir.
Hollandiyada da belə siyahılar artıq 10 ildir ki, açıqlanır. Hollandiya Maliyyə Bazarları İdarəsi (AFM) 10 ildən artıqdır ki, nəzarət etdiyi şirkətlər arasından qanunu pozanların siyahılarını dərc edir.
«Biabırçılıq» vergi borcu 1 milyon funtu keçəndən sonra başlayır.
İrlandiyada bu qayda daha yumşaqdır - «biabırçılıq» vergi borcu 1 milyon funtu keçəndən sonra başlayır.
Eyni üsul, ABŞ-ın müxtəlif ştatlarında da tətbiq olunur, Avstraliyada isə «naming and shaming» üsulu 100 ildən çoxdur, hələ 1911-ci ildən var.
İqtisadi dirçəlişi və belə mövzulara sərt yanaşmaları ilə tanınan Cənubli Koreyada da «"naming and shaming» üsulu hökumətin vergiləri düzgün toplaman üçün sınanmış üsullarından biridir. Bu ölkədə vergidən yayınanların adları ictimaiyyətə açıqlanır və adətən bunun faydası olur – ilk dəfə 2016-cı ildə açıqlanan siyahıda 6 min və 18 min şəxsin 10 milyard dollardan artıq vergi borcunun olduğu göstərilib.
Yeri gəlmişkən, «naming and shaming» - yəni borcu olduğuna görə utandırmaq üsulu təkcə vergiyə aid tətbiq edilmir. Bəzən iri şirkətləri müxtəlif öhdəliklərini icra etməyə məcbur etmək üçün də hökumətlər bu üsula əl atırlar.
Məsələn 2010-cu ildən Britaniyada tətbiq edilən qaydayag örə, işçilərin əmək haqqı minimum əmək haqqından aşağı olan şirkətlərin adların açıqlanır və ictimai qınağa cəlb edilir. Qeyd edək ki, dövlət onsuz da belə hallara qarşı inzibati tədbir görür, «naming and shaming» qaydası isə cəmiyyətdə belə şirkətlərə qarşı qınaq yaradır və gələcəkdə belə halların təkrarlanmasının qarşısını alır.
2013-cü ildən yenə də Britaniyada tətbiq edilən qaydaya görə isə, istehlakçsıları ən çox aldadan, buna cəhd edən şirkətlərin adları da açıqlanacaq və onlar «utandırılacaq».
Eyni qayda fırıldağa yol verən bank və sığorta şirkətlərinə də aid edilir
FED.az xəbər verir ki, eyni qayda fırıldağa yol verən bank və sığorta şirkətlərinə də aid edilir. Məsələn bir qədər əvvəl Çinin bank və sığorta bazarının tənzimləyicisi - Çin Bankçılıq və Sığorta Tənzimləmə Komissiyası (CBIRC) öz praktikasında ilk dəfə olaraq qanunu pozan bank və sığorta şirkətlərinin 38 səhmdarının siyahısını dərc edib. Onlar düzgün olmayan maliyyə mənbələrindən istifadə və qeyri-qanuni əməliyyatlarda günahlandırılırlar. Tənzimləyicinin maliyyə risklərini məhdudlaşdırmaq və korporativ idarəetməni təkmilləşdirmək üçün gələcəkdə də bu cür nəşrləri davam etdirəcəyi barədə xəbərdarlığı bəziləri tərəfindən “şok və qorxu” taktikasına doğru addım kimi qiymətləndirilib.
Ekspertlər bildirir ki, belə siyahıların dərc edilməsi, xüsusilə tanınmış və böyü şirkətlərə münasibətdə ciddi nəticələr verir – reputasiya risklərindən çəkinən şirkətlər siyahıya düşməmək üçün «özlərini yığışdırırlar».
London Universitet Kollecinin professoru Riçard Makrori 2006-cı ildə yazırdı ki, «reputasiya kapitalı biznes üçün kritik aktivdir və onu itirmək təhlükəsi qaydaları pozan şirkətlər üçün davranışı dəyişmək üçün böyük bir cərimə təhlükəsindən daha böyük motivasiya ola bilər».
Makrori qeyd edib ki, geniş auditoriya pozuntu barədə məlumat əldə etdikdə və onu pozan haqqında mənfi rəy formalaşdırdıqda tamamilə fərqli effekt əldə edilir. Qısa müddət ərzində belə öz reputasiyasını itirən şirkət istehlakçıların inamsızlığı, bazar payı və kapitallaşmadan ciddi zərər çəkə bilər, beləliklə, reputasiya sanksiyaları təhlükəsi, hətta pozuntular əhəmiyyətli maliyyə faydaları vəd etsə belə, firmaları qaydalara əməl etməyə sövq edə bilər.
Şirkətlər vergi yoxlamasından çox, biabır orlmaqdan çəkinirlər
2010-cu ildə Sinqapur Milli Universiteti, Pittsburq Universiteti və Worcesterdəki Klark Universitetinin iqtisadçıları hesablayıblar ki, əmək müfəttişliyinin yoxlaması yoxlanılan obyektdə pozuntuların 48% azalmasına səbəb olur. Duke Universitetindən Metyu Consonun araşdırması isə göstərib ki, müfəttişliyin bu barədə açıqladığı siyahı və reliz isə beş mil radiusda olan bütün zavodlarda oxşar pozuntuların 73% azalmasına səbəb olur. Başqa sözlə əmək müfəttişləri bir press-relizlə əldə edilən nəticəyə nail olmaq üçün 210 yoxlama aparmalı olacaqdılar.
Reputasiya 20 ilə yaradılvr, 5 dəqiqəyə məhv olur
«Berkshire Hathaway»in sədri və icraçı direktoru, məşhur investor Warren Buffettin bu sözləri «biabır etmək» qaydasının əsl təsirini açıqlayır. Siyahıların dərc edilməsi nəticəsində şirkətləri nüfuzunu qorumaq üçün davranışlarını dəyişməyə məcbur edir və bu, daha çox vaxt və resurs tələb edən ənənəvi yoxlamaların sayını azaldır. Son nəticə belədiir ki, bir obyektdə pozuntunun dərc edilməsi sektordakı hər bir şirkəti yoxlamaqdan qat-qat effektivdir.
Siyahıların dərcindən sonra vergi borcu 8,5% azalıb
Tilburq Universitetinin tədqiqatçıları hesablayıblar ki, bir şirkətin vergidən yayınması barədə mətbuatda qeyd olunanların sayının 1% artması onun vergi ödəməsini ildə orta hesabla 1,4 milyon funt sterlinq artırır. Hohenheim Universitetinin iqtisadçıları isə hesablayıb ki, sadəcə olaraq siyahıya düşmək təhlükəsi vergi intizamını kəskin şəkildə artırır: məsələn, 2013-cü ildə Sloveniyada belə siyahıların dərcinə başlaması ilə ölkədə vergi borcu 8,5% azalıb. Tədqiqatçılar qeyd edirlər ki, bu, vergi borcunun əsas hissəsinin standart icra alətləri ilə geri qaytarıla bilməyən hesab edildiyini nəzərə alsaq, bu əhəmiyyətli nəticədir.
“Biabır olan” şirkətlərin səhmləri də ucuzlaşır
Öz növbəsində, Oksford Universiteti və Pompeu Fabra Universitetinin tədqiqatçıları Britaniya Maliyyə Xidmətləri Təşkilatı (FSA) tərəfindən cərimələri dərc edilmiş şirkətlərin bazar dəyərindəki dəyişikliyi göstərici kimi istifadə edərək, şirkətlərə rüsvayçılıqdan dəymiş zərərin maddi dəyərini hesablayıblar.
Məlum olub ki, cərimə ilə bağlı press-reliz dərc edildikdən sonra qanun pozuntusuna yol verən şirkətlərin səhmlərinin qiyməti orta hesabla tətbiq edilən cərimənin 9 misli qədər ucuzlaşıb, əgər pozuntular müştərilər və investorlarla münasibətlərə aiddirsə. Yəni cəriməni ödəmək 9 dəfə daha sərfəli imiş, nəinki adın siyahıda görünməsi.
«Biabırçılıq» nəinki tənzimləyiciyə məqsədinə ənənəvi inzibati vasitələrdən daha tez və daha az xərclə nail olmaq imkanı verir, eləcə də «qara siyahıya» düşmək istəməyən və itkilərə məruz qalan şirkətləri davranışlarını tənzimləməyə məcbur edir.
Eyni zamanda bu üsul vətəndaşları tənzimləmə proseslərində fəal rol almağa, hökumət və cəmiyyət arasında etimadı təşviq etməyə təşviq edir.