2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 958,6 milyon manatdan çox olub.
Fiziki şəxslərin gəlir vergisində nə dəyişib? - Vergi Məcəlləsində yenilik
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, bu mənbədən ödəmələr əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz və ya 96 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 648,4 milyon manatdan çox təşkil edib.
Bildirilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 34,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 17,2 faiz artıb və 26,7 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 171 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 10,8 faiz artıb və 122,3 milyon manatdan çox təşkil edib.