2025-ci ildə Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanb. Tütün məmulatları istehsalçısı "Tabaterra" MMC Azərbaycanda ən çox vergi ödəyən özəl şirkətdir. 10-luqda ilk yeri və digər yerləri tutuan şirkətlər neft və qaz, onların ixracı və satışı ilə üzrə fəaliyyət göstərən şirkətlərdir.
Təcili: Azərbaycanda ən çox vergi ödəyən - 100 ŞİRKƏT AÇIQLANDI – TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını istinadən xəbər verir ki, 2025-ci ildə ən çox vergi ödəmiş şirkətlər aşağıdakılardır.
1. "AZNEFT" İSTEHSALAT BİRLİYİ - 1 milyard 508 milyon manat
2 "TABATERRA" MMC - 697 milyon manat
3 BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ - 662,7 milyon manat
4 "LUKOYL OVERSİZ ŞAH DƏNİZ LTD." ŞİRKƏTİNİN BAKIDAKI NÜMAYƏNDƏLİYİ - 435,2 milyon manat
5 TÜRKİYƏ RESPUBLİKASININ "TURKİSH PETROLEUM OVERSEAS COMPANY LTD" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ - 429,9 milyon manat.
6 "SAUF KOKAZUS PAYPLAYN KOMPANİ LİMİTED" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ - 327,4 milyon manat
7 "NAFTIRAN INTERTRADE CO.(NICO) LIMITED" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ - 211,7 milyon manat
8 AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN QAZ İXRAC İDARƏSİ - 200,9 milyon manat
9 BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ - 164,5 milyon manat
10 "AZƏRBAYCAN (EYSC) LİMİTİD" ŞİRKƏTİNİN NÜMAYƏNDƏLİYİ - 148,9 milyon manat.













