Balıqyetişdirmə fəaliyyəti ilə məşğul olan müəssisə təsərrüfatında olan törədici balıqlar (ana balıqlar) saxlayır. Həmin balıqlar kürü istehsalında və balıq sürülərinin artırılmasında istifadə olunur. Bu halda törədici balıqlar əsas vəsait hesab olunurmu və əsas vəsait kimi amortizasiya edilirmi?
Fiziki şəxsin vergi uçotundan çıxarılması prosesi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, amortizasiya uzunmüddətli aktivə sərf edilmiş vəsaitin hissə-hissə gəlirdən çıxılmasıdır. Aktivlər xarakterinə görə iki qrupa bölünür: maddi aktivlər və qeyri-maddi aktivlər.
Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli maddi aktivlər nəzərdə tutulur. Məcəllənin 114.2.2-ci maddəsinə görə, məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar) amortizasiya olunmayan aktivlər hesab edilirlər.
Sorğuya cavab olaraq qeyd olunub ki, balıqlar amortizasiya olunmur və əsas vəsait hesab edilmir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 114-cü maddəsi