VAKANSİYA 1
Baş mühasibin müavini
Son tarix 24 iyn 2022
Yerli istehsalat müəssisəsi vakansiyası elan edir.
Hesabat verir: Baş mühasibə
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin vergi hesabatlarının işlənib hazırlanması (Aylıq ƏDV, Vahid bəyannamə, İllik Mənfəət, Əmlak, Torpaq bəyannamələri);
- Müəssisənin mühasibat uçotunun qurulmasında baş mühasibə dəstək;
- Mühasibat yazılışlarının qeydiyyatını, yoxlanılmasını və səhvlərin aradan qaldırılması ilə əlaqədar işlərə rəhbərlik edir;
- Debitor və kreditorların qaimə üzrə uçotunu aparır və sistemdə uyğun dəyişiklikləri edir;
- Yük gömrük bəyannamələri üzrə aparılacaq bütün işlərə nəzarət və sistemdə uçotu;
- Maliyyə hesabatlarının hazırlanması zamanı əsas mühasibat məlumatlarının bazasının işlənib hazırlamaq;
- Dövri hesabatları müəyyən edilmiş müddət çərçivələrində hazırlayır, mühasibat sənədlərinin qorunub saxlanmasına nəzarət edir, onları arxivə verilməsi üçün müəyyən edilmiş qaydaya uyğun olaraq rəsmiləşdirir;
- Kassa intizamının yerinə yetirilməsinə, təhtəlhesab şəxslərlə hesablaşmalara nəzarət edir;
- Mühasibat siyasətinin yenilənməsində baş mühasibə dəstək verir;
- Yeni proqram təminatına keçid zamanı mühasibat proseslərinin təsviri və yazılmasını həyata keçirir.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə)
- Baş mühasib və ya baş mühasibin müavini kimi minimum 3 illik peşəkar iş təcrübəsi;
- Elektron hökümət portallarında (e-gov və e-taxes) işləməyi bacarmalı;
- Ofis avadanlığı və kompüter proqramlarının (MS Office) əsaslarını yaxşı səviyyədə bilməli, 1C 8.3 proqramı üzrə bilik və bacarıqlarının olması mütləqdir;
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini bilməli;
- Dəqiqlik, punktuallıq və tapşırıqların vaxtlı-vaxtında icrası
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti
İş şəraiti:
- İş yeri – Bakı şəhəri
- İş saatları –09:00-19:00, bir saat nahar fasiləsi
- Nahar təmin edilir
- İstirahət günləri – Şənbə və bazar
- Əmək haqqı – nett 3000 AZN
Maraqlanan şəxslər mövzu yerində “Baş mühasibin müavini” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.
VAKANSİYA 2
Ambiens MMC
Qrup rəhbəri
Son tarix 24 iyn 2022 [email protected]
Motivasiya, məsləhət, bacarıqların təkmilləşdirilməsi və məhsul biliklərinin artırılması yolu ilə komandanı inkişaf etdirərək satış və marketinq qrupu vasitəsilə qazanclı nəticələr əldə etməkdən məsuldur.
Vəzifələr:
- Komandanı idarə etmək, iş planı hazırlamaq, razılaşdırılmış hədəflərə çatmaqdan məsuldur
- İllik planın qurulmasında kömək göstərmək, xüsusən: hər bir məhsul və ərazi üçün real proqnozlar (tarixi məlumatlar, bazar tendensiyaları, rəqabətçi fəaliyyət, reklam strategiyası əsasında), və proqram planlaşdırılmasından məsuldur
- Komandanın hər bir üzvü üçün məsuliyyətləri və performans standartlarını təsvir edən, ərazi satışları və komissiya hədəflərini təyin edən, komissiya planını idarə edən xüsusi bir qiymətləndirmə sistemini planlaşdırmaq və tətbiq etməkdən məsuldur
- Tibbi nümayəndələrin konkret hədəflərə çatması üçün planlaşdırma, istiqamətləndirmə, təşkili və nəzarətindən məsuldur
- Tibb nümayəndələrinin fəaliyyətini müntəzəm olaraq şəxsən daima izləməkdəm məsuldur
Namizədə tələblər:
- Yaş: 27-45
- Qeyd olunan vəzifə üzrə əczaçılıq biznesi sahəsində minimum 3 il iş təcrübəsinin olması
- Mükəmməl mentorluq, məşqçilik və insanlara rəhbərlik bacarığının olması
- Detallara diqqətcil, planlaşdırma və təşkilatçılıq bacarığına malik, yüksək enerjili, məqsədyönlü olması
- Azərbaycan və rus dillərini mükəmməl, İngilis dilini orta səviyyədə bilməsi (həm danışıq, həm də yazılı)
- MS Word, Excel, PowerPoint proqramlarının yaxşı səviyyədə bilməsi
- Təhsil: Bakalavr səviyyəsinə malik olması. Satış, MBA olması üstünlükdür
- Ezamiyyət məhdudiyyəti olmamalıdır
Şərtlər:
- Maaş: 1500 – 2000 AZN , rəsmi, muqavilə əsasında
- MBO/KPI bağlı bonus sistemi
- Korporativ avtomobil
- Korporativ mobil telefon
- İş qrafiki həftə içi 5 gün (saat 9:00-dan 18:00-dək)
Maraqlanan namizədlər CV-lərini e-poçt ünvanına göndərməlidir.
VAKANSİYA 3
Trion Trade
Bölgə müdiri
Son tarix 24 iyn 2022 - [email protected]
İşin təsviri:
- Satış kanalları üzrə ümümi iş prinsipini müəyyənləşdirilməsi, satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
- Tabeliyində olan satış təmsilçilərinin satış marşrutunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət
- Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- İş qrafiki: həftədə 6 gün:
- Bazar ertəsi-Şənbə günu, Saat 09:00-dan-17:00-dək
- Əmək haqqı: 1500 ₼
Namizədə tələblər:
- Ali təhsil
- Satış sahəsində ən azı 3-5 il iş təcrübəsi olmalı (Bölgə müdiri kimi 2 il)
- Öz satış komandası olanlara üstunluk verilir
- Müştərilərlə ilə ünsiyyət qurmaq bacarığı
- Kollektiv ilə işləmə bacarığı
- Kreativlik, analitik bacarıq
- Satış və təqdimat bacarıqları olmalı
- İşgüzar və məqsədyönlü
- Şəxsi avtomobil mütləq (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
- Yaş həddi: 30 — 45 yaş
VAKANSİYA 4
Ricon MMC
Satınalma üzrə aparıcı / baş mütəxəssis
Son tarix 24 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma üzrə menecerin gündəlik fəaliyyətinə dəstək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək
- Sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
- İcra üçün daxili sifarişçilərdən daxil olan tender və ya qiymət sorğusu tələbnamələrində olan məlumatları yoxlamaq, tələbnamələrdə göstərilən məlumatları tələbnaməni qaldıran tərəflə məqsədə tam cavab verdiyini müzakirə etmək və dəqiqləşdirmək;
- Layihələr üzrə Tikinti materiallarının texniki spesifikasiyalarına uyğun, analitik müqayisə etmək və sorğu göndərərək qiymət təklifi əldə etmək.
- Təchizatçıların müəyyən olunmuş mal, material və xidmətlər üzrə ixtisaslaşma dərəcələrinin aparılmasını təmin etmək (distributor, partnyor və ya reseller)
- Şirkətin təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
- Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Mallar, işlər və xidmətlərin satın alınması məqsədi ilə satınalma xidmətlərinin şirkət daxili istifadəçiləri ilə, təşkilatın müvafiq struktur bölmələri ilə sıx əməkdaşlıqda çalışmaq, satınalma tələbnamələrinin vaxtında yerinə yetirilməsi üçün satınalma proseslərini effektiv şəkildə həyata keçirmək;
- Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək;
- Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil. İqtisadiyyat, biznesin idarəolunması sahəsində magistr dərəcəsi arzuolunandır.
- Satınalmalar sahəsində ümumilikdə ən azı 5 il, təmir-tikinti satınalmaları üzrə isə azı 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (Excel -dən yüksək səviyyədə istifadə bacarığı); 1C platforması
- AR Dövlət satınalmaları haqqında qanunundan məlumatlı olmaq
- Satınalmalar sahəsində peşəkar sertifikatın olması arzuolunandır;
- Dinamik komandada işləmək bacarığı;
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları.
- İş yükünün çox olduğu dönəmlərdə prioritetlərin müəyyənləşdirilməsi və sərbəst qərar vermə bacarığı
- Tikinti materiallarının texniki spesifikasiyalarını bilməli, analitik müqayisə etmə və sorğulama bacarığı olmalı
- Təchizatçıların müəyyən olunmuş mal, material və xidmətlər üzrə ixtisaslaşma dərəcələrini (distributor, partnyor və ya reseller) bilməli
Əmək haqqı 1700-2500 azn.
5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Satınalma üzrə aparıcı / baş mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 5
Company
Шеф Повар
Son tarix 20 iyn 2022 - [email protected]
Шеф Повар в Частную Резиденцию
Основные обязанности:
- Приготовления блюд Азербайджанской и Европейской кухни
- Контроль закупок, их качества, сроков хранения и условий.
- Работать совместно с персоналом
- Организация рабочего процесса на кухне
Основные требования:
- Профильное образование
- Опыт работы от десяти (10) лет на аналогичной должности
- Опыт работы в ресторанах премиум класса
- Знание азербайджанского и русского языка
- Умение работать в команде
- Пунктуальность, доброжелательность
Условия работы:
- з/п от 3500азн
- График работы: будет обговорен во время собеседования.
Заинтересованным кандидатам, просим выслать резюме.