Dövlət adından yaradılan publik hüquqi şəxs
Hüquq şöbəsinin müdiri
Son tarix 13 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- Departamentin direktoru tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirmək;
- Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- Qurumda həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə funksiyaları üzrə iştirak etmək;
- Şöbənin fəaliyyəti ilə bağlı aylıq, dövrü hesabatları hazırlamaq və departamentin direktoruna təqdim etmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədləri almaq;
- Şöbə tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Şöbə üzrə qurumun rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini departamentin direktoruna təqdim etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qurumun rəhbərliyinə təqdim olunması üçün departamentin direktoruna təqdimatlar vermək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
- Qurumu ölkədə və xaricdə yerləşən hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil etmək;
- Qurumda hazırlanan hüquqi xarakterli sənədlərə, müqavilələrə, əmrlərə və digər sənədlərə rəy vermək, qanunvericiliyə uyğunluğunu yoxlamaq və tələb olunduqda bu sənədləri hazırlamaq;
- Quruma daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq;
- Qurumu məhkəmədə təmsil etmək, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görmək;
- Qurumun fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyi yerinə yetirmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 5 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili - C1
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq şöbəsinin müdiri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Hüquq şöbəsinin böyük mütəxəssisi
Son tarix 13 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirmək;
- Həvalə olunmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Quruma daxil olan və ya qurumun strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, müqavilələrin (sazişlərin), digər qanunvericilik və təşkilati-sərəncam sənədlərinin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
- Qurumun strukturları tərəfindən normativ hüquqi təminat işinin aparılmasına metodiki rəhbərliyi həyata keçirmək, onlara fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
- Qurumu bütün dövlət orqanlarında, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya, qeyri-kommersiya qurumlarında, həmçinin fiziki şəxslərə münasibətdə təmsil etmək;
- Qanunvericilik aktları üzrə şərh və izah vermək;
- Qurumun fəaliyyəti ilə əlaqədar müxtəlif növ müqavilələri hazırlamaq;
- Qurumda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi, habelə qurumun struktur bölmələrin əməkdaşlarını məlumatlandırmaq;
- Qurumun bağladığı xidmət, alğı-satqı və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Bütün daxil olan hüquqi sorğulara, müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq cavablandırılmasını təmin etmək;
- Qurumun hüquq və qanuni mənafelərini məhkəmələrdə müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
- Qurumda istifadə olunan sənədlərin şablonlarını hazırlamaq, qurumun fəaliyyətini tənzimləyən bütün növ prosedur, qayda və təlimatları hazırlamaq və onlara hüquqi rəy vermək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili – B2
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq şöbəsinin böyük mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İnsan resursları departamentinin direktorunun müavini
Son tarix 13 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Departamenti təmsil etmək;
- Departament tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Departamentin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və tabe olduğu departamentin direktoruna təqdim etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- İnsan Resurslarına dair prosedurları hazırlamaq və izləmək;
- AR-nın Əmək qanunvericiliyi biliklərinə sahib olmaq;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil etmək;
- Mükafatlandırma və motivasiya sistemini qurmaq və tətbiq etmək;
- Əməkdaşların performans qiymətləndirilməsini təşkil etmək və yeni təklifləri irəli sürmək;
- Kadr bazasını yaratmaq və idarə etmək, işçilərin qeydiyyatının aparılması işini təşkil etmək;
- Kadr sənədləşdirmələrinin düzgün gedişatına nəzarət etmək, elektron hökümət portalından asan imza əsasında istifadəni təmin etmək;
- Əmək müqavilərələrinin, məzuniyyət, işəqəbul, xitam, ezamiyyət və s. əmrlərin, ərizə və müraciətlərin qanunvericiliyə uyğun tərtib etmək, vaxtında və düzgün verilməsinə nəzarət etmək;
- “E-gov.az” elektron portalı üzrə rəsmi bildirişləri təmin etmək və onlara nəzarət etmək;
- Aylıq əmək haqqlarını hesablamaq və ödənişi təmin etmək;
- Yaranan əmək mübahisələrini vaxtında və müvəffəqiyyətlə həll etmək;
- Vaxtaşırı olaraq iş yerləri və işçilərin attestasiyasının keçirilməsini təşkil etmək və qanunvericiliyə uyğun olaraq gedişatını tənzimləmək;
- Vəzifə təlimatlarını hazırlamaq;
- Optimal işçi sayını hesablamaq;
- Təşkilati-strukturu hazırlamaq;
- İşə qəbul prosesində vakansiya və müsahibələri izləmək;
- Öyrənmə ehtiyaclarını öyrənmək və təlim matrisini hazırlamaq;
- Əməyi dərəcələndirmək;
- Kadr kargüzarlığı sistemlərini qurmaq, məxfilik rejimini təmin etmək;
- Vakansiya tələbini müəyyən etmək;
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət etmək;
- Aylıq hesabatları hazırlamaq və təqdim etmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün.
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları departamentinin direktorunun müavini” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Katibliyin rəhbərinin müavini
Son tarix 13 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Katibliyi təmsil etmək;
- Katibliyin rəhbəri tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirmək;
- Qurumun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- Qurumun müəyyən edilmiş hədəflərinin icrası ilə bağlı hesabatların hazırlanması işini təşkil etmək;
- İnvestisiya yatırmaqda maraqlı olan xarici investorlarla investisiya axtarışında olan sahibkarlar arasında əlaqələrin qurulması ilə bağlı aidiyyəti struktur bölmə ilə birgə tədbirlər görmək;
- Funksiyalarına uyğun olaraq qurumun strukturları tərəfindən hazırlanmış hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək, onların hazırlanmasında iştirak etmək;
- Quruma daxil olmuş vətəndaş müraciətləri üzrə vahid kommunikasiyanı təmin edə bilmək məqsədilə qurumun struktur bölmələri və vahidləri və digər bölmələri ilə əlaqəli şəkildə iş aparmaq, müraciətlərin baxılmasında birgə iştirak etmək, zəruri məlumatların əldə olunması üçün onlara sorğu vermək və onlardan belə məlumatları almaq;
- Qurumun fəaliyyətinə aid edilmiş sahələrdə beynəlxalq iqtisadi, maliyyə (kredit) təşkilatları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən daxil olmuş müraciətlərə, hesabat və məlumatlara baxmaq, onlara dair rəy və təkliflər vermək;
- Xidməti zərurətlə əlaqədar qurumun struktur bölmələrinə, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- Qurumda həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə funksiyaları üzrə iştirak etmək;
- Katibliyin fəaliyyəti ilə bağlı aylıq, dövrü hesabatları hazırlamaq;
- İmzalanmış əmrləri qeydiyyata almaq və saxlanılmasını təmin etmək;
- Katibliyin rəhbəri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata keçirmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Hüquq, idarəetmə və oxşar sahədə ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Katibliyin rəhbərinin müavini” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təchizat və satınalmalar şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 13 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlanmasında və həyata keçirilməsində təchizat və satınalmalar şöbəsinin müdirinə kömək etmək;
- Satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
- Tenderlərin təşkilində iştirak etmək;
- Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
- Qiymət təklifinə dair sorğuya/tender sənədlərinə əlavə edilməli olan bütün texniki sənədləri əldə etmək;
- Qiymətləndirmə strategiyasının sənədini müəyyənləşdirmək və təsdiqləmək üçün təchizat və satınalmalar şöbəsinin müdiri və daxili maraqlı tərəflərlə birlikdə işləmək;
- Qiymət təklifinə dair sorğu/tender paketi hazırlamaq, tender prosesini sürətləndirmək və təklifləri qəbul etmək;
- Kommersiya və texniki qiymətləndirmə prosesini başlatmaq. Texniki komandanın verdiyi məlumatları qəbul etmək və onları tender iştirakçıları ilə paylaşmaq;
- Ehtiyac yaranarsa, tender təklifini nəzərdən keçirmək;
- Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
- Satınalmaların həyata keçirilməsi üzrə xidmətlərlə bağlı “gizli” öhdəlikləri, inkotermlər, ixrac/idxal üzrə məhdudiyyətlər, daşınma öhdəlikləri və vergidən azadolmaya dair tələblərə uyğunluq kimi məsələləri nəzərdən keçirmək;
- Kommersiya qiymətləndirməsini yekunlaşdırmaq. Tenderdən sonra danışıqlar aparmaq və müqavilənin təltif olunması ilə bağlı tövsiyə vermək;
- Proqnozlaşdırılan daxili və xarici satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırmaq və təchizat və satınalmalar şöbəsinin müdirinə təqdim etmək;
- Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf edilməsində satınalmalar şöbəsinin müdirinə köməklik etmək;
- Potensial təchizatçıların siyahısının hazırlanmasında tövsiyyələrini vermək;
- İşini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra etmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: İqtisadiyyat, idarəetmə və oxşar sahədə ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1; Rus dili – B1.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat və satınalmalar şöbəsinin aparıcı mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Satınalma üzrə mütəxəssis - şöbə müdiri
Son tarix 13 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Şöbəni təmsil etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələri vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək;
- Tenderlərin təşkilində iştirak etmək;
- Daxili müştərilər ilə xüsusi əhəmiyyətli, yüksək riskli və yüksək prioritetli müqavilələr üçün müqavilələrin icrasına nəzarətin əhatə dairəsini və təchizat strategiyalarını nəzərdən keçirmək və müəyyənləşdirmək;
- Satınalma prosesində təhlükəsizliyi, keyfiyyəti və qaydalara uyğunluğu təmin etmək;
- Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədləri almaq;
- Şöbə tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Şöbə üzrə qurumun rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün qurumun rəhbərliyinə təqdimatlar vermək;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və qurumun rəhbərliyinə təqdim etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhmsilə dair tələblər: İqtisadiyyat, idarəetmə və oxşar sahədə ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 5 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili - B2.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat və satınalmalar şöbəsinin müdiri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Hüquq təminatı və sənədlərlə iş departamentinin direktorunun müavini
Son tarix 13 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Departamenti təmsil etmək;
- Departament direktoru tərəfindən həvalə olunmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Departament daxilində iş bölgüsünü aparmaq, departament daxilində şöbələrin fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət olunmasına nəzarət etmək;
- Departamentin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- Qurumda həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə funksiyaları üzrə iştirak etmək;
- Departamentin fəaliyyəti ilə bağlı aylıq, dövrü hesabatları hazırlamaq və departamentin direktoruna təqdim etmək;
- Departamentin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədləri almaq;
- Departament tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- Departamentdə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
- Qurumun fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyi yerinə yetirmək;
- Normativ hüquqi və normativ xarakterli aktların layihələrinin hazırlanmasında bilavasitə iştirak etmək;
- Sənədlərin (layihələrin) hüquqi ekspertizasını aparmaq, onlara dair irad və təklifləri aidiyyəti üzrə təqdim etmək;
- Qurum tərəfindən həyata keçirilən hüquqi işlər, o cümlədən hüquqi ekspertiza və normativ hüquqi təminat işləri üzrə metodiki işləri aparmaq;
- Daxil olan sənədləri qəbul etmək, sənədləri qeydə almaq, sənəd dövriyyəsinin operativ və optimal şəkildə aparılmasını təmin etmək;
- Çıxış sənədlərində ünvanın düzgün əks olunmasını, əsas sənəddə göstərilən qoşmaların mövcudluğunu yoxlamaq və müvafiq çatışmazlıqlar, səhvlər aşkar edildikdə, sənədləri icraçılara qaytarmaq;
- Sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı departament daxilində şöbələrin müdirlərinə məlumat vermək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 7 il iş stajı;
- Yaş: 27 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili - C1
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq təminatı və sənədlərlə iş departamentinin direktorunun müavini” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Hüquq şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 13 okt 2022 Hüquq və məhkəmə xidmətləri
Vəzifə öhdəlikləri:
- Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirmək;
- Həvalə olunmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Quruma daxil olan və ya qurumun strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, müqavilələrin (sazişlərin), digər qanunvericilik və təşkilati-sərəncam sənədlərinin layihələrinin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək və müvafiq rəylər vermək;
- Qurumun strukturlarının fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
- Qurumu bütün dövlət orqanlarında, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya, qeyri-kommersiya qurumlarında, həmçinin fiziki şəxslərə münasibətdə təmsil etmək;
- Qanunvericilik aktları üzrə şərh və izah vermək;
- Qurumun fəaliyyəti ilə əlaqədar müxtəlif növ müqavilələri hazırlamaq;
- Qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi, habelə qurumun struktur bölmələrinin əməkdaşlarını məlumatlandırmaq;
- Qurumun bağladığı xidmət, alğı-satqı və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Bütün daxil olan hüquqi sorğulara, müraciət, ərizə və şikayətlərə baxmaq, araşdıraraq cavablandırılmasını təmin etmək;
- Qurumda istifadə olunan sənədlərin şablonlarının hazırlanmasında iştirak etmək, qurumun fəaliyyətini tənzimləyən bütün növ prosedur, qayda və təlimatları hazırlamaq və onlara hüquqi rəy vermək.
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirmək;
- Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən quruma ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Qurumun hüquq və qanuni mənafelərini məhkəmələrdə müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
- Qurumun strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil etmək və ümumiləşdirmək, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparmaq.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 1 il iş stajı;
- Yaş: 23 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq şöbəsinin aparıcı mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.