Avrora
Əsas Vəsaitlər üzrə Mühasib (TAMstore)
Son tarix 29 yan 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması,onların hərəkətinin uçot sistemində izlənilməsi, yerdəyişmələri, sənədləşdirilməsinə nəzarət edilməsi;
- Əsas vəsaitlər hesabının aparılması və müvafiq qeydlərin uçot sisteminə daxil edilməsi;
- Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət edilməsi;
- Kapital Məsrəflərinin (CAPEX) hazırlanması;
- Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyasında iştirak.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (İqtisadiyyat, maliyyə və mühasibatlıq üzrə);
- İş təcrübəsi: Min. 1 il ( Uyğun sahə üzrə) .
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatı : 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46B.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əsas Vəsaitlər üzrə Mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.