İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İnsan Resurslarının idarəedilməsi departamentində Direktor” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “HR_Direktor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
Struktur: İnsan Resurslarının İdarəedilməsi Departamenti
Vəzifə: Direktor
Bilavasitə tabeçiliyi: İdarə Heyətinin sədri / İnkişaf idarəsi üzrə baş direktor
Vəzifə öhdəlikləri:
- İR idarə olunması üzrə ədalətli siyasət və sistemin işləyib hazırlamaq;
- Qanunvericiliyə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq əmək münasibətlərini idarə etmək;
- Bankın işəgötürən qismində təqdimatının təkmilləşdirilməsində işlər görmək;
- Tədris, inkişaf və ardıcıl planlaşdırma imkanlarından istifadə etməklə banka lazımi kadrların seçilməsinin təmin etmək;
- İşçi heyətinin idarə olunması ilə əlaqədar strateji və əməliyyat üzrə biznes məsləhətləri vermək;
- Müvafiq departamentlərlə birlikdə ədalətli və stimullaşdırıcı sistemlərin işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
- Əməkdaşların şəxsi inkişafına şərait yaradan iş səmərəliliyinin sistematik qiymətləndirilməsi prosedurlarının tətbiq olunmasında işlər görmək;
- Treninq tələbatlarının qiymətləndirilməsi və inkişafetdirici tədris təşəbbüslərinin koordinasiya olunmasını təmin etmək;
- İnsan Resursları Departamentinin büdcəsinin planlaşdırılması və nəzarət olunmasını təmin etmək;
- Bankın dəyərlərinə uyğun korporativ mədəniyyətin formalaşması üzrə layihələr və tədbirlərin həyata keçirilməsini təmin etmək.
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə ən azı 5 il iş təcrübəsi, bank sektoru üzrə təcrübə arzuolunandır;
- Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyi, Əmək məcəlləsini, AR MB filiallarının və kredit təşkilatlarının fəaliyyəti məsələləri üzrə normativ sənədləri bilməli;
- AR Əmək qanunvericiliyini bilməli;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- Microsoft office, bank və digər xüsusi proqramların istismarı üzrə yüksək biliklər;
- Mükəmməl Azərbaycan, Rus və İngilis dili bilikləri;
- İdarəetmə;
- Yüksək dərəcədə analitika qabiliyyəti;
- Səmərəli ünsiyyət qurmaq bacarığı;
- Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti;
- İşçi heyətinin idarə olunması sisteminin bütün elementlərini bilmək, o cümlədən əməkdaşların seçilməsi, işə götürülməsi, təlimatlandırılması, şirkətin liderlik potensialının inkişafı və təşkilati strukturun yaradılması;
- İR proqramlarının / strukturlarının yaradılması və biznesin tələbatlarına uyğunlaşdırılması üzrə təcrübə;
- İnsan Resurlarının idarə edilməsi sahəsində beynəlxalq sertifikatın mövcudluğu (SPHR, GPHR və s.);
- Aşkar liderlik keyfiyyətləri, şəxsiyyətlərarası və ünsiyyət vərdişləri;
- Problemləri mükəmməl həll etmək bacarığı.