Karabakh Star Services
Təmizlik və Çamaşırxana üzrə supervisor
Son tarix 08 fev 2025 - [email protected]
İşin təsnifatı:
- Təmizlik cədvəlinin hazırlanması və iş bölgüsünün həyata keçirilməsi;
- Təmizlik standartlarının qorunması üçün mütəmadi olaraq yoxlamalar aparmaq və nəticələri analiz etmək;
- Təmizlik məhsulları və avadanlıqlarının monitorinqi, ehtiyacların müəyyənləşdirilməsi və sifarişlərin verilməsi;
- Təmizlik xidmətləri üçün büdcənin hazırlanması, xərclərin izlənməsi və effektiv idarə olunması;
- Təmizlik prosedurlarında təhlükəsizlik və sağlamlıq qaydalarının tətbiq olunmas;
- Təmizlik proseslərini optimallaşdırmaq üçün yeni metod və texnologiyaların tətbiqi;
- Çamaşırxana işlərinin gündəlik planlaşdırılması və icrasını təmin etmək;
- Çalışanların rəhbərliyi, iş bölgüsü və motivasiyası. Yeni işçilərin təlimatı;
- Çamaşırların yuyulması və işlənməsində standartların qorunması, mütəmadi yoxlamalar aparmaq;
- Çamaşırxana avadanlıqlarının düzgün işləməsini təmin etmək, texniki xidmət və təmir işlərini təşkil etmək;
- İllik və aylıq hesabatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
- Həftə ərzində günlük iş qrafiki 6 gün
- İş saatı 09:00-18:00
- Əmək haqqı 800-1000 azn
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
- Mobil nömrə, Naharla və qalacaq yerlə təmin olunur. (iş yeri Xankəndi)
Namizədə tələblər:
- Ali və orta təhsil
- Çamaşırxana və ya təmizlik sahəsində iş təcrübəsi arzu olunandır
- Kimyəvi vasitə və təmizlik avadanlıqlarından düzgün istifadəni qaydalarını bilmək;
- Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
- Təcrübəsiz namizədlərə təlim keçirilir
- Müsbət ünsiyyət və komandada işləmə bacarığı
- Yaş həddi 22-40
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Ünsiyyətcil, aktiv, məsuliyyətli və diqqətli olmalı
Namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Təmizlik və Çamaşırxana üzrə supervisor” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərsinlər.