Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Müxtəlif vəzifələr ( Salyan RMX)
Son tarix 23 sen 2024 - [email protected]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Salyan Rayon Mərkəzi Xəstəxanasına aşağıda qeyd olunan vəzifələr üzrə vakant yerlər elan edir:
- Həkim-onkoloq
- Həkim-uroloq
- Həkim-allerqoloq
- Həkim-psixiatr
- Həkim-narkoloq
- Həkim-revmatoloq
- Həkim-dietoloq
- Həkim-ümumi cərrah
- Həkim-otorinolarinqoloq
- Həkim-anestezioloq-reanimatoloq
- Həkim-neonatoloq
- Həkim-qastroenteroloq
- Həkim-infeksionist
- Həkim-fizioterapevt
- Həkim-ftiziatr
- Ailə həkimi-mama-ginekoloq
İş yeri:
Salyan rayonu
Əmək haqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibb təhsili
- Sertifikasiya şəhadətnaməsi (ixtisas üzrə)
Tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
- Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV [email protected] ünvanına göndərilməlidir;
- Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri qeyd olunmalıdır;
- CV-lər 30.09.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.