Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Maliyyə şöbəsinin müdiri (Bərdə)
Son tarix 16 noy 2025 - [email protected]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Bərdə Rayon Mərkəzi Xəstəxanası Maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir.
Mövcud iş yeri:
- Bərdə RMX
 
Əmək haqqı:
- Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
 
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (maliyyə və iqtisadiyyat)
 - Sahə üzrə minimum 5 il iş təcrübəsi
 - Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
 - Dil bilikləri: İngilis dili (arzuolunan)
 - Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri
 
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə;
 - Məsuliyyətlilik
 - Nəticəyönümlülük;
 - İntizamlılıq
 
İşin təsviri:
- Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;
 - Müəssisənin maliyyə fəaliyyətinin təşkil edilməsi;
 - Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət;
 - Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
 - Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət;
 - Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi;
 - İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;
 - Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;
 - Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;
 - Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
 - Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi;
 - Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi;
 - Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət.
 
Müraciət qaydası:
- CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
 - Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Bərdə RMX – Maliyyə şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.
 
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







