Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə böyük / baş məsləhətçi
Son tarix 07 iyl 2025 - [email protected]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə böyük / baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (tibbi ixtisaslar üzrə)
- Sahə üzrə minimum 5 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Dil bilikləri: İngilis dili və rus dili – sərbəst
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- İdarəetmə
- Komandada işləmə bacarığı
- Vaxtın idarə olunması
- Mentorluq
- Problem həll etmə
- Qərar vermə
- Planlama və təşkiletmə
İşin təsviri:
- Təlim və inkişaf ehtiyaclarının araşdırılması və işçilər üçün fərdi inkişaf planının hazırlanması
- Əməkdaşlıq üçün müraciət etmiş kənar təlim təşkilatları ilə zərurət yarandığı halda xidməti danışıqların aparılması
- Təlim layihələri və proqramları tərtib edilərkən bütün təşkilati işlərin qaydasında olmasına nəzarət edilməsi
- Cari və planlaşdırılan layihələrin təlimçilərinin öncədən müəyyən edilməsi və ikitərəfli qaydada razılaşdırılması
- Plandan kənar təlimə göndərilmə ilə bağlı müraciətlərin araşdırılması
- Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşdirilməsi üçün sorğuların təşkil edilməsi
- Təlim modullarının və proqramlarının dizayn edilməsi
- Test bazasını formalaşdırılması və yenilənməsi
- Elektron təlim (E-learning) prosesinin təşkil edilməsi
- Təlimlərə dair müxtəlif komissiyalar və işçi qrupları ilə əməkdaşlıq edilməsi
- Fəaliyyətin müxtəlif parametrlər üzrə qiymətləndirilməsi
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
- Mövzu sətrində “Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi – böyük / baş məsləhətçi” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsinə Aparıcı məsləhətçi
Son tarix 07 iyl 2025 [email protected]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (Tibb, səhiyyənin təşkili və ya iqtisadi sahələr üzrə)
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Dil bilikləri: Rus və ingilis dili – yaxşı
- Kompüter bilikləri: Microsoft Office – yaxşı
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Nəticəyönümlülük
- Planlama və təşkiletmə
İşin təsviri:
- Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək
- TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək
- Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə onları fəaliyyət istiqamətinə uyğun təlimatlandırmaq
- Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərindən sığorta məbləğindən edilən kəsintilərin səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasına nəzarət etmək
- Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək
- Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə aylıq, rüblük və illik hesabatlar hazırlamaq və şöbə müdirinə təqdim etmək
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Sığorta işinin təşkili şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi
Son tarix 07 iyl 2025 [email protected]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (tibb, ictimai səhiyyə, səhiyyə menecmenti və s.)
- Sahə üzrə 3 il iş təcrübəsi
- Tibbi xidmətin təşkilinin əsasları
- İctimai səhiyyənin əsasları
- MS Office (word, excel, power point, visio) proqramlarında işləmək bacarığı - yaxşı səviyyədə
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
- İctimai səhiyyə, layihələrin idarəolunması və data analitikası üzrə sertifikatların olması arzuolunandır
Bacarıqlara dair tələblər:
- Komanda işi;
- Nəticəyönümlülük;
- Məsuliyyətlilik;
- Analitik düşüncə;
- Kritik təhliletmə.
İşin təsviri
- Tibbi xidmətlərin təşkili proseslərinin təhlil olunması
- Tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində yeni layihə və təkliflərin hazırlanması
- İlkin səhiyyə xidmətləri üzrə normativ hüquqi bazanın öyrənilməsi
- İlkin səhiyyə xidmətlərində dəyişikliklərin təhlili yönündə təkliflərin hazırlanması
- Aylıq və illik hesabatların hazırlanması
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
- Mövzu sətrində “Xidmətlərin təkmilləşdirilməsi şöbəsi – aparıcı məsləhətçi” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə (Tibb sahəsinə uyğun) Aparıcı məsləhətçi /Baş məsləhətçi
Son tarix 16 iyl 2025 [email protected]
İş yeri:
- Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
- Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi təhsil
- Tibb sahəsi üzrə minimum 3-5 il iş təcrübəsi
- "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu
- “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
- “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu
- “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri”
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin iclasının 27 sentyabr 2019-cu il tarixli 27 nömrəli protokolu ilə təsdiqlənmiş İcbari tibbi sığorta çərçivəsində xidmət göstərən dövlət tibb müəssisələrində tətbiq olunan Keyfiyyət Standartları
- Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
- Məsuliyyətlilik
- Dürüstlük və etibarlılıq
- İntizamlılıq
- Nəticəyönümlülük
- Aktiv dinləmə bacarığı
- Araşdırmaq və yenilikləri tətbiq etmək
İşin təsviri:
- Şöbəyə daxil olmuş müraciətlərin vaxtında və qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə müvafiq statistik məlumatların hazırlanması;
- TƏBİB-in tabeliyində olan tibb müəssisələrində aparılacaq monitorinq planlarının hazırlanmasına dair təkliflərin verilməsi;
- Qorunması qanunla tələb edilən, departamentin fəaliyyəti zamanı əldə edilən, verilən və aşkarlanan məlumatların mühafizəsinin təmin edilməsi;
- Fərdi və məxfi məlumatların saxlanması;
- Müvafiq fəaliyyət sahələri üzrə həyata keçirilmiş monitorinqlərin nəticələrinin rəhbərliyə təqdim edilməsi;
- Xidmət ezamiyyətlərinə gedərək tapşırıqların yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilmiş digər tapşırıqların yerinə yetirilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Monitorinq şöbəsi – Aparıcı məsləhətçi /Baş məsləhətçi (Tibb sahəsinə uyğun)” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Maliyyə departamentinin Maliyyə təhlili və hesabatlılıq şöbəsinə böyük məsləhətçi / baş məsləhətçi
Son tarix 07 iyl 2025 [email protected]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Maliyyə departamentinin Maliyyə təhlili və hesabatlılıq şöbəsinə böyük məsləhətçi / baş məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
- Sahə üzrə 4 il iş təcrübəsi
- MS Office və Power BI proqramlarında yaxşı işləmək bacarığı
- ACCA FA, FR və PMS arzuolunandır
- DipİFR arzu olunandır
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
Bacarıqlara dair tələblər:
- Komanda işi
- Hesablama və riyazi bacarıqlar
- Nəticəyönümlülük
- Analitik düşüncə
- Məsuliyyətlilik
İşin təsviri
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarət edilməsi;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılması;
- Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili və araşdırılması;
- Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlil edilməsi;
- Daxili və xarici auditlə işin təşkil edilməsi;
- İnzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi;
- Daxili hesabat sisteminin inkişafına töhfə verilməsi və prosesin davamlı olaraq təkmilləşdirilməsi;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
- Mövzu sətrində “Maliyyə təhlili və hesabatlılıq şöbəsi – böyük məsləhətçi / baş məsləhətçi” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə (Maliyyə sahəsinə uyğun) Aparıcı məsləhətçi
Son tarix 16 iyl 2025 [email protected]
İş yeri:
- Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
- Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
- Tibb sahəsi üzrə minimum 5 il iş təcrübəsi
- Maliyyə, vergi və digər hesabatların aparılması
- Hesablar planını və hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını
- Əmək qanunvericiliyini
- Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
- Financial Accounting (F3) sertifikatı – zəruri
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
- Məsuliyyətlilik
- Dürüstlük və etibarlılıq
- İntizamlılıq
- Nəticəyönümlülük
- Aktiv dinləmə bacarığı
- Araşdırmaq və yenilikləri tətbiq etmək
İşin təsviri:
- Şöbəyə daxil olmuş müraciətlərin vaxtında və qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə müvafiq statistik məlumatların hazırlanması;
- TƏBİB-in tabeliyindəki tibb müəssisələrində sənədlərin mövcud qaydalara uyğun yoxlanılması;
- TƏBİB-in tabeliyindəki tibb müəssisələrində keçiriləcək monitorinqlər üzrə planların hazırlanmasına dair təkliflərin verilməsi;
- TƏBİB-in tabeliyindəki tibb müəssisələrində pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabatlarına nəzarət edilməsi və mühasibat uçotunun monitorinqinin aparılması;
- Qorunması qanunla tələb edilən məlumatların mühafizəsinin təmin edilməsi;
- Müvafiq fəaliyyət sahələri üzrə həyata keçirilmiş monitorinqlərin nəticələrinin rəhbərliyə təqdim edilməsi;
- Xidmət ezamiyyətlərinə gedərək tapşırıqların yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilmiş digər tapşırıqların yerinə yetirilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Monitorinq şöbəsi – Aparıcı məsləhətçi (Maliyyə sahəsinə uyğun)” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Müraciətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinə Çağrı üzrə mütəxəssis
Son tarix 07 iyl 2025 [email protected]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Müraciətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinə Çağrı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – yaxşı
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Dəqiqlik
- Nəticəyönümlülük
- Fikrini səlis ifadə etmək
- Stressə davamlılıq
İşin təsviri:
- Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin qəbul edilməsi, baxılması və cavablandırılmasının təmin edilməsi;
- Daxil olmuş müraciətin əlavə araşdırılması məqsədilə aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
- Müraciət edən şəxslərə tələb olunan digər informasiya xidmətlərinin göstərillməsi;
- Vətəndaşların Çağrı xidməti şöbəsinə etdikləri müraciətində qaldırılan məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll olunması, pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı tədbirlərin görülməsi;
- Müvafiq sahə üzrə qanunvericiliyin yüksək səviyyədə mənimsənilməsi;
- İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi;
- Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi;
- İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatların bölüşülməsi və əldə edilməsi;
- TƏBİB-in tabeliyində olan müəssisə və təşkilatlarına şöbənin fəaliyyət istiqamətinə uyğun məsələlər ilə bağlı metodiki köməkliyin göstərilməsi;
- Dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin görülməsi.
Əlavə qeydlər: İş qrafiki: Növbəli iş
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Çağrı xidməti şöbəsi - mütəxəssis” qeyd olunmalıdır;