Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
İcraçı direktorun köməkçisi
Son tarix 16 avq 2025 - [email protected]
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İcraçı direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq İdarənin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- İcraçı direktora lazım olan məlumatları İdarənin struktur bölmələrindən, icraçı direktorun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
- İcraçı direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, protokol və arayışların hazırlanması, iştirakçıların müşavirənin və iclasın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
- İcraçı direktorun tapşırığı ilə İdarənin struktur bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə İcraçı direktora yazılı və ya şifahi şəkildə məruzə etmək;
- İcraçı direktorun qərarlarının icrasına nəzarət etmək;
- İcraçı direktorun göstərişi ilə öz vəzifə səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Təhsil: Ali təhsil (Menecment, maliyyə və ya mühəndislik)
- Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemindən istifadəni bilməlidir;
- «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununu bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
- İngilis dilini mükəmməl (sərbəst danışıq) bilməlidir;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı:
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Kompüter bilikləri üzrə: MS Office proqramları:
- İş təcrübəsi: uyğun sahədə iş təcrübəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.