Company
Maliyyə Direktoru
Son tarix 04 yan 2026 - [email protected]
Vəzifənin məqsədi:
- Şirkətin maliyyə fəaliyyətini idarə etmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək, büdcə planlamasını həyata keçirmək və maliyyə hesabatlarının dəqiqliyini təmin etmək.
Əsas vəzifələr:
- Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- Qısa və uzunmüddətli maliyyə planlarının tərtib edilməsi;
- İnvestisiya qərarlarında iştirak edərək risk və gəlir təhlillərini aparmaq;
- Büdcənin hazırlanması və icrasına nəzarət etmək;
- Gəlir və xərc proqnozlarını hazırlamaq;
- Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi;
- Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək;
- Cəmiyyətdaxili ehtiyatların aşkar edilməsi, itki və qeyri-istehsal xərclərinin qarşısının alınması məqsədilə digər bölmə və xidmətlərlə birlikdə mühasibat uçotu və hesabat məlumatları əsasında müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını təşkil etmək;
- Mühasibat sənədlərinin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verməsini təşkil etmək;
- Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul axını) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə sistemini daim yeniləmək və yeniliklərə uyğunlaşdırmaq;
- Maliyyə göstəricilərinin təhlili və nəticələrin şərhi;
- Şirkətin maliyyə sağlamlığını qiymətləndirmək və rəhbərliyə tövsiyyələr vermək;
- Qanunvericiliyə və mühasibat uçotu standartlarına uyğunluğu təmin etmək;
- Daxili audit prosedurlarını hazırlamaq və həyata keçirmək;
- Vergi və digər maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək;
- Peşakar formada aylıq və gündəlik daxili hesabatların hazırlanması;
- Maliyyə risklərini müəyyənləşdirmək və minimallaşdırmaq;
- Sığorta və digər riskə qarşı tədbirlərin görülməsinə nəzarət etmək;
- Tabeçiliyində olan struktura ümumi rəhbərliyi həyata keçirmək, işləri əlaqələndirmək, işin səmərəli təşkil olunmasına görə məsulliyyət daşımaq;
- Komanda üzvlərinin peşəkar inkişafına dəstək olmaq.
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil;
- Tikinti sektorunda maliyyə idarəçiliyi sahəsində ən azı 5 illik iş təcrübəsi mütləqdir;
- Xarici dil: Azərbaycan dili-səlis, İngilis, Rus dilləri yaxşı səviyyədə;
- Beynəlxalq sertifikatların olması (ACCA, Financial Reporting və ya DipIFR);
- Analitik düşünmə qabiliyyəti və strateji yanaşma;
- Rəhbərlik və komanda idarəetmə bacarığı;
- Peşəkar səviyyədə MS Office, xüsusilə Excel proqramını peşakar səviyyədə bilmək və 1C proqramında sərbəst işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (həftə içi 5 gün);
- Nahar fasiləsi: 13:00 - 14:00;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq (rəqabətə davamlı əmək haqqı)
- İş yeri: Bakı şəhəri
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Tələblərə uyğun namizədlər “Maliyyə direktoru” başlığı ilə CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.











