By Telecom
Kreditlərin İlkin Təqibi üzrə Menecer
Son tarix 22 yan 2024 - [email protected]
Öhdəliklər:
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə zəng edilməsi;
- Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan və zaminlə Ofisdə və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə rəsmi bildirişlərin göndərilməsi;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
- Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Tələb olunan bacarıq və təcrübə:
- Bakalavr dərəcəsi tələb olunur.
- MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı.
- Gecikdirilmiş kredit portfelinin idarə olunmasında minimum 3 il iş təcrübəsi
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı.
- Operativ, stressə davamlılıq, inadkar, təmkinli və problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı mütləqdir.
İş Yeri: Bakı şəhəri
İş Rejimi: 6 günlük
Əmək haqqı: 500 AZN + təhkim olunmuş portfel bonusu 1000-2000 AZN