Company
Marketinq şöbəsinin rəhbəri
Son tarix 30 may 2026 Müraciət et
Tələblər
- Marketinq sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
- Əsas kommunikasiya kanallarının (Digital, PR, Event, CRM, SMM) yaxşı səviyyədə bilikləri
- Cari marketinq trendlərindən xəbərdar olmaq, kreativ düşüncə
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük
İş haqqında məlumat
- Şirkətin ümumi marketinq və rəqəmsal marketinq strategiyasının hazırlanması, kvartal və illik planların qurulması və icrasına nəzarət
- Sosial media kanalları və digər rəqəmsal platformalarda reklamların idarə edilməsi, həftəlik və aylıq brief-lərin hazırlanması və icrası
- Video və vizual kontentin konseptinin müəyyən edilməsi, kontent istehsal prosesinə nəzarət
- Şirkətin digital kanalları üçün aylıq kontent planının hazırlanması, bu kontent üzrə büdcə strategiyasının qurulması və reklamların yerləşdirilməsi
- Məhsul və kampaniyalar üzrə hədəf auditoriyasının düzgün müəyyən edilməsi, effektiv targetinqin qurulması və reklamların aktiv saatlarının optimallaşdırılması
- Sosial media və digər rəqəmsal kanalların gündəlik idarə edilməsi və inkişaf etdirilməsi
- SMM komandasının idarə olunması, performansının artırılması və komandanın inkişafı
- Story və gündəlik paylaşımların vaxtında və düzgün icrasına nəzarət
- Komandanın işinin düzgün koordinasiyası və brieflərin effektiv icrasına nəzarət
- Həftəlik və aylıq reklam kampaniyaları üzrə analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Rəqəmsal marketinq trendlərinin davamlı izlənməsi və brend strategiyasına tətbiqi
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: 3000 Azn net
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Müraciət zamanı məktubun mövzu hissəsində vəzifə adı mütləq qeyd olunmalı.















