Head Start Career Development
Growth Marketing Manager
Son tarix 02 avq 2025 - Müraciət et
Təsvir
- İstifadəçi bazasının böyüməsinə yönəlik marketinq strategiyalarının hazırlanması və icrası
- A/B testlər, funnel analizləri və performans marketinq vasitəsilə artım imkanlarının araşdırılması
- SEO, SEM və kontent strategiyalarının idarə olunması
- Komanda ilə birlikdə məhsulun marketə çıxışı və tanıtımı üzrə strategiyaların qurulması
- Marketinq göstəricilərinə əsasən mütəmadi hesabatların hazırlanması və təkliflərin verilməsi
- İstifadəçi cəlb etmə və saxlamaya yönəlik innovativ yanaşmaların tətbiqi
Tələblər
- Ali təhsil
- Growth marketing və rəqəmsal marketinq üzrə iş təcrübəsi
- Güclü analitik düşüncə və nəticəyə yönümlü yanaşma
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (minimum B2 level) (Rus dili üstünlükdür)
- Komanda işi və liderlik bacarığı, yeni ideyalarla çıxış etmək istəyi
- Bəy namizədlər üçün hərbi xidməti başa vurmuş olmalıdır
Biz nə təklif edirik:
- Dinamik və innovativ komanda mühiti
- Yerli və beynəlxalq tədbirlərdə iştirak imkanı
- Real nəticələrə təsir etmək və karyera yüksəlişi şansı
- Yaradıcılığa açıq və çevik qərarvermə mühiti
- Rəqabətədavamlı əmək haqqı və performansa əsaslanan bonus sistemi
Əmək haqqı: 2200 AZN (Bonus sistemi)
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 1 ilədək
- Vəzifə dərəcəsi Rəhbər
- Təhsil Bakalavr
- Əmək haqqı 2200 - 2500 AZN
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.