Company
Maliyyə hesabatlılığı və Büdcələmə üzrə Baş mütəxəssis
Son tarix 17 mar 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin heyvandarlıq, aqrar, istehsal fəaliyyətləri üzrə maliyyə və əməliyyat göstəricələrinin sistemli təhlili;
- Şirkətin maliyyə hesabatlarının hazırlanması (P/L,Balans,Cash Flow);
- İdarəetmə hesabatlarının və büdcənin hazırlanmasında iştirak etmək
- Məhsul əkini, becərilməsi, yığımı və emalı mərhələləri üzrə maya dəyərinin formalaşdırılması, optimallaşdırılması və monitorinqi;
- Maliyyə modellərinin hazırlanması (forecasting, scenario analysis);
- Maliyyə hesabatlırının analizi (trend,ratio,hesablar üzrə);
- Hesabların analizi;
- Əməliyyatların yoxlanılması;
- İstehsal edilən məhsulların maya dəyərinin analizi;
- Faktiki istehsalat göstəricələri ilə plan/büdcə göstəricələrinin müqayisəli təhlili və kənarlaşmaların səbəblərinin izahı;
- İstehsalat prosesləri ilə maliyyə nəticələri arasında birbaşa əlaqənin qurulması və ölçülə bilən KPI-ların formalaşdırılması;
- ERP sistemində istehsalat əməliyyatlarının, material hərəkətinin, maya dəyəri elementlərinin düzgün əks olunmasına nəzarət;
- Əsas vəsaitlərlə iş: avadanlıqların, texnikanın və istehsalat xətlərinin uçotu, amortizasiya hesablamalarının prosesə uyğun qurulması, əsas vəsaitlərin səmərəlilik analizinin aparılması;
- Təsərrüfat və digər struktur rəhbərləri ilə birgə proseslərin maliyyə baxımından təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Rəhbərlik üçün mütəmadi analitik hesabatların (financial executive dashboard), maliyyə modellərinin, qərar dəstək materiallarının hazırlanması;
- Rəhbərliyin maliyyə hesabatlılığı və büdcələmə ilə bağlı digər tapşırıqlarını həll etmək.
Tələblər:
- Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- İstehsalat, aqrar, sənaye sahələrində təcrübə;
- Analitik düşüncə və prosesləri anlama qabiliyyəti;
- Rəqəmlərlə işləməklə yanaşı, əməliyyat proseslərinin analitikası;
- Maliyyə və uçot proqramları ilə işləmək bacarığı;
- Excel, Power BI və analitik alətlərlə işləmə bacarığı;
- ACCA Financial Accounting FA/F3
- Məsuliyyətlilik və hesabatlılıq;
- İşin tələblərinə uyğun olaraq ölkədaxili ezamiyyətlərə açıq olmalı.
Namizəddən gözlənilir:
- Yüksək analitik düşüncə və detal yönümlülük
- Təqdimat bacarığı
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: 1800 - 2500 Azn
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə hesabatlılığı və Büdcələmə üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.











