Company
İR üzrə Biznes Tərəfdaş
Son tarix 03 mar 2026 - [email protected]
Tələblər:
- Ali təhsil müvafiq sahədə;
- İR sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dili sərbəst, ingilis dili-yaxşı səviyyədə;
- Microsoft Office bilikləri- yüksək səviyyədə Excel bilikləri ;
- Analitik düşüncə,hesabatlılıq səriştələri;
- Əmək qanunvericiliyi bilikləri.
Əsas öhdəliklər:
- Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq; Biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun HR strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək.
- Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi-daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri müsahibə mərhələsinə dəvət etmək;
- Namizədlərlə ilkin müsahibələri keçirmək, müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək,müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
- İR üzrə siyasət və prosedurlarının tətbiqi və riayət olunmasına nəzarət etmək;
- Struktur-bölmələrin əməkdaşları arasında davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya;
- Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi üçün xidmət göstərdiyiniz strukturların heyəti ilə sıx əməkdaşlıq;
- Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.
İş şəraiti:
- İş yeri – NZS;
- 6 günklük iş qrafiki, 6 cı günlər qısaldılmış iş günü;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 1800-2000 Azn.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.











