Company
Mühasib
Son tarix 28 dek 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- İdxal olunan malların maya dəyərinin təhlili, plan-fakt müqayisəsi və rentabellik üzrə hesabatlar hazırlamaq;
- İdxal olunan malların gömrük proseslərində fiziki olaraq iştirak etmək;
- Satışların uçotunu aparmaq, müştəri üzrə debitor borcları izləmək və vaxtında bağlanmasını təmin etmək;
- Şirkətin bütün vergi əməliyyatlarının (ƏDV, mənfəət vergisi, gəlir vergisi, sosial sığorta, işsizlik sığortası və s.) düzgün uçotunu aparmaq;
- Mal alışı, nəqliyyat və xidmət xərclərini faktiki maya dəyərinə uyğun hesablamaq və uçotda əks etdirmək;
- İşçilərin aylıq əməkhaqqısının hesablamaq;
Məzuniyyət, xəstəlik vərəqi, ezamiyyə, bonus və kompensasiya ödənişlərini hesablamaq;
- Satış əməliyyatları üzrə qaimə-faktura, müqavilə və digər sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında düzgün əks etdirmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun aparılması;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.
- Rəhbərliyə hesabatların hazırlanıb, təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat/maliyyə).
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi.
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
- MS Office və ERP proqramlarından (1C)istifadə etmək bacarığı.
- Stresədavamlı, məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı.
- Vergi və əmək qanunvericiliyini uçotunun yüksək səviyyədə bilməli.
- PMS sertifikatının olması üstünlükdür.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
- İş saatları: 09:00-18:00
- İş yeri - Bakı şəhəri
- Əmək haqqı 1500-2000 AZN (net)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.











