Alliance Real Estate İnvestment Azerbaijan MMC
İcraçı Direktor (Baş Menecer)
Son tarix 07 mar 2026 - [email protected]
İş şəraiti
- Məkan: Bakı şəhəri
- İş qrafiki: Həftədə 5 gün
- Əmək haqqı: 1000 AZN + Yüksək bonuslar
İşin təsviri:
- "Alliance Real Estate Investment" şirkəti olaraq yeni qurulan strukturumuzun idarə edilməsi, komandanın formalaşdırılması və biznesin inkişafı üçün təşəbbüskar İcraçı Direktor axtarışındayıq. Bu vəzifəni icra edəcək şəxs şirkətin daxili iş sistemini qurmalı, peşəkar satış və idarəetmə komandası yaratmalı, habelə iri həcmli daşınmaz əmlak portfelləri üzrə satıcı şirkətlər və fərdi investorlarla yüksək səviyyəli danışıqlar apararaq tərəfdaşlıq əlaqələrini təmin etməlidir.
Namizədə dair tələblər:
- Daşınmaz əmlak, investisiya və ya müvafiq idarəetmə sahəsində zəngin təcrübə;
- Azərbaycan, rus və ingilis dərini mükəmməl səviyyədə bilmək (danışıq və yazışma);
- Müstəqil struktur qurma və komanda idarəetmə bacarığı;
- Üstün təqdimat və inandırma qabiliyyəti, strateji danışıqlar apara bilmək məharəti;
- Nəticəyönümlülük və liderlik keyfiyyətləri.
Təminatlar:
- Sabit əmək haqqı və icra olunan layihələrdən yüksək məbləğli bonus sistemi;
- Mobil telefon və Korporativ telefon nömrəsi və sairə;
- Şəhərin mərkəzində müasir iş şəraiti və geniş karyera perspektivləri.
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “İcraçı Direktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











