Şərqi Zəngəzur İqtisadi Rayonunda "1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs
Maliyyə şöbəsinin müdiri (Baş mühasib)
Son tarix 09 sen 2023 - [email protected]
Vəzifə funksiyaları:
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun təşkili, iş və xidmətləri yerinə yetirmək;
- Dövlət büdcəsi ilə hesablaşmalar, öhdəliklərin vaxtında ödənilməsi;
- Bank əməliyyatlarının aparılması, ödəmə tapşırıqlarının düzgün tərtib olunması, bank çıxarışlarının sistemə işlənməsinə nəzarət etmək;
- Aylıq və gündəlik daxili hesabatların, yuxarı təşkilatların, vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak və nəzarət etmək;
- Debitor və kreditorlarla hesablaşmalar, ödənişlər, aylıq üzləşmə AKT-larının tərtibi və nəzarəti;
- Vergi və audit yoxlamaları zamanı məlumatları düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Maliyyə-mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
- Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər;
- Peşəkar mühasib sertifikatının olması mütləqdir;
- Tikinti sahəsi üzrə və dövlət qurumlarında iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 31 Avqust 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Maliyyə şöbəsinin müdiri – Baş mühasib” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Sənəd dövriyyəsi və arxiv şöbəsinin müdiri
Son tarix 01 sen 2023 [email protected]
Öhdəliklər:
- Xidmətdə kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işinin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək;
- Xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin etmək;
- İşçi qruplarının, komissiyaların iclaslarında iştirak etmək, iclas (toplantı) protokolları və əmrləri tərtib etmək, razılaşdırmaq və yayımlamaq;
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsinin təşkil edilməsi və onun təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Elektron sənəd dövriyyəsi sisteminin iştirakçıları arasında elektron sənəd mübadiləsinin və sistem çərçivəsində sənədlərin hərəkəti üzrə uçot aparmaq;
- İdarələrarası elektron sənəd dövriyyəsi çərçivəsində elektron sənəd mübadiləsini bilavasitə həyata keçirmək, məsul şəxs qismində çıxış etmək.
Tələblər:
- Ali təhsil;
- Sənəd dövriyyəsi sahəsində minimum 5 il iş təcrübəsi (dövlət qurumlarında iş təcrübəsinin olması arzuolunandır);
- Kargüzarlığın aparılmasına dair təlimat üzrə biliklər;
- İngilis və rus dillərini bilməsi arzuolunandır;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Detallara diqqətlə yanaşmaq;
- Təşəbbüskar olmaq.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 31 Avqust 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Sənəd dövriyyəsi və arxiv şöbəsinin müdiri” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Construction manager
Son tarix 01 sen 2023 [email protected]
Vəzifə funksiyaları:
- Tikinti layihələrini qrafikə, standartlara və büdcəyə uyğun olaraq əvvəldən sona qədər planlaşdırmaq, təşkil etmək, istiqamətləndirmək, nəzarət etmək və qiymətləndirmək;
- Müqavilə üzrə işin icra şərtlərinə əməl edilməsinə nəzarət etmək;
- İşin gedişatı ilə bağlı hesabatlar hazırlamaq;
- Keyfiyyətli tikinti standartlarını və müvafiq tikinti texnikasından istifadəni təmin etmək;
- Tikinti işçiləri üçün hədəflərin, məqsədlərin və məsuliyyətlərin müəyyən edilməsini təmin etmək;
- İşin gedişatını və materialları yoxlamaq, işçilərin sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etmələrini təmin etmək üçün əraziyə səfərlər etmək;
- Layihə zamanı baş verə biləcək hər hansı gözlənilməz problemləri aradan qaldırmaq.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Tikinti menecmenti, və ya mühəndislik sahələri üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
- Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər (AutoCAD, MS);
- PMI (PMP) sertifikasiyası, Prince 2 və ya layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar arzuolunandır;
- Azərbaycan və İngilis dilində səlis ünsiyyət bacarıqları (şifahi/yazılı);
- Xüsusi qeyd: Ezamiyyələrə hazırlıqlı olmalı
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 31 Avqust 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Construction manager” qeyd etməklə adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.