Ziraat Bank Azərbaycan
Bank Sistemlərinin idarə edilməsi şöbəsinin Meneceri
Son tarix 02 mar 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
- Bank sektorunda minimum 8 il iş təcrübəsi;
- Bank əməliyyat sistemləri üzrə inzibatçılıq bilikləri və iş təcrübəsi;
- PL/SQL dili üzrə dərin biliklər və iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
- Biznesin tələblərini anlamaq bacarığı;
- Avtomatlaşdırılmış proseslərdə iştirak etmiş olmaq;
- Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Veb Servislər üzrə biliklər;
- Linux sistemləri üzrə biliklər arzu olunandır;
- Rus və inglis dilləri üzrə orta səviyyədə biliklər.
Əsas vəzifələr:
- Avtomatlaşdırılmış bank sisteminə yenilənmələrin yüklənməsi və sazlamaların edilməsi;
- Bank sisteminə ediləcək dəyişikliklərin izlənilməsi və texniki dəstək göstərilməsi;
- Bank əməliyyat gününün bağlanılmasına nəzarət edilməsi;
- Daxil olan biznes tələbləri anlamaq, qeydiyyatını aparmaq və səlahiyyətli əməkdaşları məlumatlandırmaq;
- PL/SQL vasitəsilə lazımi funksiya və prosedurların yazılması;
- Bank sistemlərində gündəlik ortaya çıxan problemlərin həll edilməsi;
- Bank proqramının dəstəyini təmin edən şirkət ilə operativ işləmək;
- Bank ödəniş sistemlərinə texniki dəstəyin göstərilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını fevral ayının 29-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Müştəri Xidmətləri Mütəxəssisi (Gəncə)
Son tarix 02 mar 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
- Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsim mütləqdir;
- Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri;
- Əldə olunmuş məlumatlar əsasında sahibkarın ödəniş qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, proqnoz hesabatlar hazırlamaq, təqdim olunmuş biznes planın məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq qabiliyyəti;
- Müştərilər ilə effektiv ünsiyyət qurmaq və tələb olunan məlumatları əldə etmək qabiliyyəti;
- Banklarda hesabların açılması və aparılması, sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarının aparılmasına dair iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Stresin idarə edilməsi bacarığı;
- Nəticəyə yönəlmiş fəaliyyət qabiliyyəti;
- Kompüter bilikləri (MS Excel, MS Word).
Əsas vəzifələr:
- Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
- Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
- Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq, rəy alınması üçün bankın aidiyyəti struktur bölmələrinə istiqamətləndirmək və prosesin növbəti mərhələlərinə nəzarət etmək;
- Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- Çarpaz satışı təmin etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Fevral ayının 29-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Gəncə_Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.