Ziraat Bank Azərbaycan
Reklam və İctimai əlaqələr üzrə aparıcı mütəxəssis / baş mütəxəssis
Son tarix 14 apr 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali təhsil (PR, marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi arzuolunandır);
- Azərbaycan dili biliyi və yüksək qrammatik yazı qabiliyyəti, türk dili, ingilis dili (rus dili biliyi arzuolunandır);
- Bank sahəsində ən azı 6 il iş təcrübəsi;
- Kreativ ideyalı və yaradıcı qabiliyyət;
- Məsuliyyətli və diqqətli olmaq;
- Ünsiyyət və təqdimat bacarıqları;
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
- Komandada və Bankın digər funksional strukturları ilə işləmək bacarığı;
- Yüksək nitq qabiliyyəti;
- MS Office proqramlarından sərbəst şəkildə istifadə mütləqdir.
Əsas vəzifələr:
- PR strategiyasının yaradılması və həyata keçirilməsi;
- Aylıq post və PR planının hazırlanması;
- Press-relizlərin hazırlanması və KİV-də bank haqqında yayımlanan məlumatların monitorinqi;
- Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, internet səhifələrində, ictimai nəqliyyat vasitələrində, müxtəlif sərgilərdə və digər kanallarda reklam tədbirlərinin korporativ qaydalara uyğun olaraq razılaşdırılması, həyata keçirilməsi və nəzarət edilməsi;
- Bank məhsullarının sosial media kanallarında tanıtımının həyata keçirilməsi;
- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və aparılması;
- Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;
- Müxtəlif aksiyaların (sərgilər, mətbuat konfransları, təqdimatlar, festivallar, xeyriyyə aksiyaları və s.) təşkilində şirkətin iştirakı ilə bağlı təkliflərin təhlili və həyata keçirilməsində iştirak edilməsi;
- Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təklif edilməsi və icrası;
- Bankın rəsmi veb saytı, sosial şəbəkələri və digər reklam hesablarında məlumatların mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və idarə edilməsi;
- SEO və rəqəmsal marketinq işlərinin aparılmasında iştirak edilməsi və hesabatların aparılması və araşdırılması;
- Bankdaxili müxtəlif növ tədbirlərin hazırlanması və idarə edilməsi;
- Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflər hazırlanması, məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər 15.04.2024-cü il tarixinə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Reklam və İctimai əlaqələr” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.