Ziraat Bank Azərbaycan
Kreditlərin monitorinqi şöbəsində Aparıcı/ Baş mütəxəssis
Son tarix 23 noy 2023 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- 2 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
- Əldə olunmuş məlumatlar əsasında borcalanların ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, borcalanın cari maliyə vəziyyətinə dair hesabat hazırlamaq bilik və bacarıqları;
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- Türk və ingilis dil bilikləri arzuolunandır;
- Beynəlxalq Maliyyə Sertifikatların (CFA, ACCA və s.) olması arzuolunandır;
- Kompüter bilikləri (MS Office, Internet);
Əsas vəzifələr:
- Borcalanın maliyyə göstəricilərinin, borc yükünun və likvidliyinin təhlil edilməsi;
- Borcalanın ödəmə davranışının izlənilməsi;
- Bankın təminatlarının monitorinqinin aparılması, habelə iqtisadiyyatda baş verən dəyişikliklərin təminatlarının bazar qiymətinə təsiribin ölçulməsi;
- Bankın kredit tələblərinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması.
Göstərilən tələblərə cavab verən namizədlər dekabr ayının 4-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Monitorinq şöbəsi” qeyd edilməsi vacibdir.