Zeyzid Glamping
Onlayn Satış və Müştəri Əlaqələri üzrə Mütəxəssis
Son tarix 13 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Aktiv, məsuliyyətli və ünsiyyətcil bir əməkdaş axtarırıq! Əsas işimiz sosial şəbəkə üzərindən satış və müştəri məmnuniyyətidir. Sənin əsas vəzifələrin bunlardır:
- TikTok və Instagram-da gələn mesaj və rəylərə cavab vermək
- Zəngləri qəbul etmək, sifarişləri sistemə qeyd etmək
- Excel-də gələn müraciətləri nizamlı şəkildə işləmək
- Hazır post və videoları paylaşmaq, bəzən onlara qısa mətnlər yazmaq
- Müştəri ilə yazışmanı satışa çevirmək – bütün şablon mesajlar hazırdır
Tələblər:
- Aktiv və çevik olmağın vacibdir
- Dəqiq və məsuliyyətli işləmək bacarığı
- Əsas iş zənglərə və mesajlara vaxtında cavab verməkdir
- Minimum 1 il iş təcrübəsi– (sistem sadədir, 1 günə öyrədilir)
Səncə bu iş sənlikdirsə, bizə müraciət et və komanda üzvümüz ol!
İş haqqında:
Sənin vəzifən onların suallarını cavablandırmaq, rezervasiyaları sistemə qeyd etmək və yazışmaları satışa çevirməkdir. Rahat sistem, hazır mesajlar və sadə iş prinsipi – biz sənə hər şeyi öyrədəcəyik.
İş şəraiti
- Əmək haqqı: 450 AZN + aylıq satışdan 3% bonus
- Bazar ertəsi – Cümə 09:00 -18:00 / Şənbə 10:00 - 18:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Ünvan: N.Nərimanov, Ə.Rəcəbli 27A
Maraqlanan namizədlər mövzu yerində “Satış mütəxəssisi” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Əlaqə: +994502286433