Zeytun Pharmaceuticals
Daxili Təchizat üzrə Mütəxəssis
Son tarix 06 may 2026 - [email protected]
Ümumi tələblər
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahədə 3 ildən yuxarı
- Proqram bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili
- Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
Vəzifə öhdəlikləri
- Təchizatçılarla əlaqənin yaradılması və idarə edilməsi
- Satış proqnozlarına əsasən sistemdə sifarişlərin formalaşdırılması və firmalara göndərilməsi
- Anbar qalıqlarının mütəmadi yoxlanılması
- Tələb olunan çeşidlərin daxili bazarda araşdırılması
- Qiymətlərə nəzarət məqsədilə bazar araşdırılması, rəqiblərin izlənilməsi
- Daha münasib qiymət, endirimlər, aksiyalar əldə edilməsi məqsədilə təchizatçılarla mütəmadi danışıqların aparılması
- İadə şərtlərinin pozulmaması üçün anbara vaxtında müraciətin edilməsi
- Tələb olunan müvafiq sənədlər toplusunun etibarlılığına nəzarət edilməsi
- Overstock və out of stock hallarını önləmək məqsədilə daim qalıqlara nəzarət edilməsi
- Təsdiqlənmiş aksiyaların sistemə işlənilərək elan edilməsi
- Təchizatçı şirkətlərə aylıq hesabatların göndərilməsi
- Ödəniş qaimələrinin hesabatı və ödənilməsinə nəzarət edilməsi
- Müqavilələrin bağlanması və icrasına nəzarət edilməsi
- Satışı zəif olan çeşidlərə kampaniya təkliflərinin verilməsi
- Departament daxilində tələb olunan digər hesabatların hazırlanması
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək Haqqı: 1200-1500 AZN (Namizədin təcrübəsindən asılı olaraq)
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Büdcə Nəzarəti üzrə Aparıcı Mütəxəssis
Son tarix 06 may 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək;
- Departament, şöbə və filiallara xərc büdcəsinin hazırlanmasında dəstək göstərmək;
- Şirkətin maliyyə planının icrasının monitorinqi və fərqlərini təhlil etmək;
- Büdcə nəzarəti üçün zəruri olan məlumatları toplamaq və işləmək;
- Hesabatları dəqiq və razılaşdırılmış müddətlərdə hazırlamaq;
- Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil edilməsi;
- Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərin aparılması, maliyyə göstəricilərinə təsirinin müəyyən edilməsi;
- Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi;
- Qiymət əmələ gəlmə (cost) üzrə təhlillərin və nəzarətin icra edilməsi.
Tələblər:
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Xarici dillər: Rus və İngilis dili arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office (Excel yüksək səviyyədə);
- Lisenziya/Sertifikat: ACCA, CFA və ya ekvivalent sertifikata üstünlük verilir;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı.
- Əmək haqqı: 1500-2000 AZN (Namizədin təcrübəsində asılı olaraq)
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.














