Zeta Group
Xarici satınalma meneceri
Son tarix 13 mar 2026 - [email protected]
İş barədə məlumat:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması və ya uyğun sahə üzrə)
- Xarici satınalma sahəsində minimum 3 il iş təcrübəsi
- İngilis və rus dilləri sərbəst
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Analitik düşünmə və danışıqlar aparmaq bacarığı
- İdxal prosedurları və beynəlxalq ticarət qaydaları haqqında biliklər
Tələblər:
- Xarici bazarların davamlı araşdırılması və yeni təchizatçıların müəyyən edilməsi
- Potensial və mövcud təchizatçılarla danışıqların aparılması
- Qiymət təkliflərinin alınması, müqayisəli analizinin hazırlanması
- Müqavilələrin hazırlanması və bağlanması prosesində iştirak
- Sifarişlərin yerləşdirilməsi və icrasına nəzarət
- İdxal prosesinin (logistika, daşınma, sığorta, gömrük sənədləri və s.) koordinasiyası
- Təchizat müddətlərinə və çatdırılma qrafikinə nəzarət
- Ödəniş proseslərinin maliyyə şöbəsi ilə koordinasiyası
- Alternativ təchizat kanallarının araşdırılması və risklərin minimallaşdırılması
- Aylıq və rüblük satınalma hesabatlarının hazırlanması
- Bazar qiymət dinamikasının izlənməsi və rəhbərliyə analitik təkliflərin verilməsi
İş şəraiti:
- İş günü: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 2000-2500 AZN
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xarici satınalma meneceri” yazaraq Müraciət Et düyməsində göstərilən email ünvanına göndərmələri xahiş olunur.











