Zeta Group
Korporativ satış meneceri
Son tarix 06 dek 2025 - [email protected]
İş barədə məlumat:
- Ali təhsil
- B2B satış sahəsində minimum 2 il təcrübə
- Satış və danışıqlar aparmaq bacarığı
- Müştəri yönümlü yanaşma, analitik düşünmə qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin məhsul və xidmətlərinin B2B (Business-to-Business) satışının həyata keçirilməsi
- Yeni korporativ müştərilərin tapılması, əlaqələrin qurulması və mövcud müştərilərlə davamlı əməkdaşlığın təmin edilməsi
- Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyənləşdirilməsi
- Müştərilərlə danışıqların aparılması, kommersiya təkliflərinin hazırlanması
- Satış planlarının yerinə yetirilməsi və aylıq hesabatların hazırlanması
İş şərtləri:
- İş günü: 5 günlük - növbəli qrafik, həftədə 2 gün istirahət
- Əmək haqqı: 1000 AZN + satışdan bonuslar
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Korporativ satış meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.













