Zəfər Bağları
İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis
Son tarix 19 okt 2025 - Müraciət et
Namizədə dair tələblər:
Texniki bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı)
- Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə mükəmməl biliklər
- Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)
- 1C 8.3 üzrə biliklər
Yumşaq bacarıqlar
- Təşəbbüskarlıq,
- Detallara diqqət və komandada işləmə bacarığı.
- Məsuliyyətli
- Operativ və nəticəyönümlü olmalı
Xüsusi tələblər:
- Ali təhsil (İnsan Resursları İdarəçiliyi, Hüquq, Menecment və ya əlaqəli sahələr üzrə)
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il
- Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər, Gəncə, Mingəçevir və.s) olan namizədlərə üstünlük veriləcəkdir.
Əsas vəzifə öhdəlikləri:
- İşə qəbul, onlayn əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi proseslərinin Əmək Məcəlləsinə uyğun icrası;
- Əmək qanunvericiliyi və daxili prosedurlara uyğun İnsan Resursları sənədlərinin düzgün və vaxtında hazırlanması;
- Əmək intizamının təmin olunması və tənbeh tədbirlərinin qanunvericiliyə əsasən sənədləşdirilməsi;
- İşçilərin vəzifə dəyişikliyi, ixtisar və digər kadr dəyişikliklərinin qanunvericiliyə uyğun təşkili və sənədləşdirilməsi;
- Avtomatlaşdırılmış sistem üzərindən əmək haqqı hesablanmasının icrası
- Ofis daxilində inzibati və təsərrüfat işlərinin təşkili, dəftərxana və təminat məsələlərinə nəzarət;
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Xankəndi və ya Bərdə şəhərində yaşayış yeri şirkət tərəfində təmin edilir
- İş yeri: Ağdam rayonu
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.