Zəfər Bağları
Sahə aqronomu
Son tarix 28 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bağ sahəsində bitkilərin, ağacların zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edilməsi;
- Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır
- Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
- Kimyəvi maddələrin, Pestisidlərin, mineral və üzvü gübrələrin sahələrə verilməsini təşkil edir
- Bağ sahəsində aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir
- Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi
- Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi
- Dövri və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması
Namizədə dair tələblər:
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı),
- Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)
- Planlaşdırma və problem həll etmə qabiliyyəti.
- Dəqiqlik və yüksək məsuliyyət hissi.
- Ünsiyyət və komanda ilə işləmək bacarığı.
Xüsusi tələblər:
- Ali təhsil (Aqronomiya ilə əlaqədar)
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il (bağçılıq üzrə üstünlükdür)
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Bərdə şəhərində yaşayış yeri şirkət tərəfində təmin edilir
- İş yeri: Ağdam rayonu
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Sahə Aqronomu” başlığı ilə göndərə bilərsiniz.
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.











