Zaman Broker
Baş Mühasib
Son tarix 24 noy 2023 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisənin mühasibat uçotunun dəqiq aparılması;
- Bank hesablarına nəzarət və ödənişlərin banka daxil edilməsi;
- Debitor / Kreditor dövriyyəyə nəzarət;
- Anbar uçotu;
- Malın maya dəyərinin hesablanması;
- Nəğd pul vəsaitinin uçotu;
- Təhtəl hesab, avans, ezamiyyə hesabatlarının aparılması;
- Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
- Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi və gələn məktubların cavablandırılması;
- Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
- Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması.
Tələblər:
- Müvafiq sahədə ən azı 4 il iş təcrübəsi
- Maliyyə / Mühasibat uçotu sahəsində ali təhsil;
- Vergi Məcəlləsi üzrə dərin biliklər;
- Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
- ERP və digər İT platformalarda işləmə bacarığı;
- İdarəetmə, analitik təhlil qabiliyyətləri;
- İşi düzgün planlamaq bacarığı.
Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.