YIĞIM Payment System
Sənədləşmə üzrə aparıcı mütəxəssis (office manager)
Son tarix 03 noy 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Fəaliyyət dairəsinə uyğun iş planını hazırlamaq və iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək;
- Şirkətə daxil olan məktub, ərizə, qaydada baxılmasını, kargüzarlıq işlərinin aparılmasını təmin etmək;
- Şirkətə daxil olan və çıxan bütün korrespondensiyanın qeydiyyatını və reyestrının aparılmasını təmin etmək, vaxtında müvafiq ünvanlara çatdırılmasını təmin etmək və onların icra vəziyyətinə nəzarət etmək;
- Şirkətin sənədlərinin həmçinin müqavilələrin qeydiyyatını, hesabatını və uçotunu aparmaq;
- Daxili prosedurların, sənədləşmənin, qeydlərinin, arxivin, jurnalların reyesterini aparmaq, rahat əldə olunmasını təmin etmək;
- Ofis ləvazimatlarının və aidiyyatı materiallarının alınmasını planlaşdırmaq;
- Vizaların/imzaların alınması və dəvət məktublarının hazırlanmasını təşkil etmək;
- Məktubların icrası və yazılmasına nəzarət etmək;
- İdarənin digər struktur vahidləri ilə qarşılıqlı əlaqənin qurulmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək.
Vəzifəyə dair tələbləri:
- Ali təhsil (rus dili səlis)
- Müvafiq iş üzrə minimum 6 ay iş stajı
- MS ofis proqramları yaxşı səviyyədə
İnsan Resursları üzrə aparıcı mütəxəssis
Son tarix 03 noy 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Hökümət portalında sərbəst işləməli (ƏMAS)
- Kadr sahəsində kargüzarlığı aparmalı (İşçilərin girişi, çıxışı, məzuniyyət kartlarını, növbəlik üzrə bazasını, illik məzuniyyət cədvəlini, əmrlərini hazırlamalı, şirkətdə yerinə yetirdiyi vəzifə və ya vəzifələr, peşə ilə əlaqədar olan xəstəliklərə görə aldığı icazələr, nizam-intizam qaydalarına riayət etmədiyi üçün verilən tənbehlərin(xəbərdarlıq, töhmət və s.) qeydiyyatını aparır)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə davamlı işləməli və İnzibati xatalar məcəlləsini bilməlidir
- İnsan Resursları sahəsində prosedurların, təlimatların hazırlanmasında iştirak etməli;
- İşçi ehtiyacını və dövriyyəsini müəyyən etməli;
- İşə qəbul prosesində daxil olan CVləri və boş vakansiyalar üzrə sosial mənbələrdən uyğun namizədləri araşdırmalı
- Davamiyyətin (tabellərin) nəzarəti və ay sonu hesabatların mühasibatlığa təqdim etməli ;
- Təhsil, ailə vəziyyəti, yaş, iş təcrübəsinə görə işçilərin ümumi məlumatlarının qeydiyyatını aparmalı;
- İşçilərin şəxsi işlərini formalaşdırmalı
- Qiymətləndirmə nəticələrinin və əməkhaqqı/mükafatlandırma sisteminin hazırlanmasında iştirak etməli;
- İşçilərin tədris və təkmilləşdirmə planının hazırlanmasında iştirak etməli;
- İşçilərin şikayət və təkliflərini nəzərə almalı və insan resursları şöbəsinin müdirini məlumatlandırmalı;
Vəzifəyə dair tələblər:
- Ali təhsil (rus,azərbaycan dili səlis)
- Müvafiq iş üzrə 1,5 il iş stajı
- MS ofis proqramları yaxşı səviyyədə
- ƏMAS sistemində son dəyişiklikləri bilməlidir