YIĞIM Payment System
Hüquqşünas
Son tarix 28 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin müqavilə və digər hüquqi sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması.
- Hüquqi rəy və məsləhətlərin verilməsi (xüsusi ilə merçentlərlə müqavilələrin tərtib olunması prosesində),layihələrinin hüquqi ekspertizasının aparılması.
- Şirkətin fəaliyyətinə dair qanunvericilik aktlarının izlənilməsi və təhlili, dəyişikliklərin rəhbərliyə təqdim edilməsi.
- Müştərilər, tərəfdaşlar və podratçılarla bağlanan müqavilələrin risklərinin hüquqi baxımdan qiymətləndirilməsi.
- Fintex fəaliyyətinə aid lisenziyalaşdırma, maliyyə monitorinqi, rəqəmsal ödənişlər və data qorunması ilə bağlı hüquqi məsələlərin həllində iştirak.
- Şirkətin maraqlarını məhkəmə və digər dövlət orqanlarında təmsil etmək.
- Şirkətin daxili qayda və prosedurlarının hazırlanmasında hüquqi dəstək göstərmək.
- Şirkətin fəaliyyəti ilə bağlı AML/CFT (pul yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), data privacy və maliyyə qanunvericiliyi sahələrində uyğunluğun təmin olunmasında iştirak etmək.
Bilməlidir:
- Mərkəzi Bankın ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlardan tələb etdiyi qaydaları
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında AR qanununu
Vəzifə tələbləri:
- Ali təhsil (hüquq sahəsində) və minimum 2-3 il iş təcrübəsi.
- Fintex və bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
- Məhkəmə proseslərində işəgötürəni təmsil etmə və çıxış etmə təcrübəsi
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Risklər üzrə menecer
Son tarix 28 noy 2025 - [email protected]
Əmək funksiyaları:
- Risklərin təhlili və onların təhlükə ehtimalının qiymətləndirilməsi
- Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi
- Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
- Əməliyyat risklərinin təhlili və hesabatlılığın aparılması
- Təşkilatın müxtəlif ssenarilər üzrə risklərə dayanıqlığını ölçmək üçün risk modellərinin hazırlanması və stress-testlərin keçirilməsi
- Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi
- Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması
- Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının və nəzarətin təmin edilməsi
- Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili
- Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili
- Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi
- Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili
- Yeni məhsul və xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi
- Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
- Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası
- Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması
- Bərpaedici tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələrin icrası
Fırıldaqçılıqla mübarizə üzrə əmək funksiyası:
- Fırıldaqçılıq növlərini və müxtəlif üsulları başa düşmək üçün təlimatlara istinad etməlidir.
- Şübhəli fəaliyyətləri tanımaq üçün təhlil və izləmə üsullarını tətbiq etməlidir.
- Əvvəlcədən önləyici tədbirlər üçün təhlil nəticələrini və statistik məlumatları yoxlamalıdır.
- Müdafiə/təhlükəsizlik və təhlil alətləri ilə işləmək üçün müvafiq təlimatlarla tanış olmalıdır.
- Şirkətin və ya təşkilatın informasiya sistemlərini təhlil etmək və potensial təhlükələrin qarşısın almalıdır.
- Fırıldaqçılıq növlərinə və formalarına qarşı təhlükəsizlik tədbirlərinin planını hazırlamaq.
- Hər hansı şübhəli əməliyyat və ya informasiya növünə rast gəldiyində birbaşa rəhbərinə məlumat verməlidir.
Bilməlidir:
- Risklərin idarə olunması prinsip və metodları;
- Risk modelləri və stress-testlərin aparılması texnikaları;
- Maliyyə və bank əməliyyatlarının riskləri;
- Risk indikatorlarının yaradılması və idarə olunması;
- Risklərin qiymətləndirilmə metodları;
- Statistik və analitik təhlil metodları;
- Müvafiq qanunvericilik aktları və normativ tələblər.
Vəzifə Tələbləri:
- İqtisadiyyat, risklərin idarə edilməsi, analitika, informasiya texnologiyaları sahələrində bakalavr təhsil dərəcəsi;
- Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
- MS Excel bilikləri
- Komandada işləmək bacarığı və effektiv ünsiyyət qabiliyyəti;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.













