Həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Sədərək və Mərdəkan filialları, Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Sədərək_Əməliyyat üzrə mütəxəssis”, “Mərdəkan_Əməliyyat üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Mərdəkan və Sədərək filialları
Vəzifə: Əməliyyat üzrə kiçik mütəxəssis / mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri
Vəzifə öhdəlikləri:
- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;
- Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək
Tələblər:
- Bankın dəyərlərinə uyğun davranış;
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli;
- Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
- Ünsiyyət qurma, dinləmə, müşahidə etmə və problemi həll etmə bacarığı olmalı;
- Komandada işləmək bacarığı;
- Qüvvədə olan bank qanunvericiliyini bilmək.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məlumat Mərkəzinə menecer” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Call center_Manager” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Alternativ kanallarla satış şöbəsi, Məlumat mərkəzi
Vəzifə: Şöbə meneceri
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
- Məlumat Mərkəzində təyin olunmuş iş qrafiki üzrə operatorların işinin effektiv və fasiləsiz şəkildə təmin edilməsi;
- İşin gedişatı üçün lazımi prosedur, qayda, skriptlərin yazılması;
- İş modellərinin və program təminatının təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
- Cari iş proseslərinin nəzarətdə saxlanılması, pik saatlarını düzgün təyin edilməsi;
- Mütəxəssislərin üçün maddi və qeyri-maddi motivasiyanın yaradılması;
- Stressdən azadolma metodlarının tətbiqi;
- Məlumat mərkəzinin Bankın bütün strukturları ilə informasiya mübadiləsinin və əlaqəsinin təşkil edilməsi;
- Məlumat mərkəzinin iş yükünə operativ reaksiyasını təmin etmək məqsədi ilə Bankın biznes proseslərində olan dəyişiklikləri nəzarət altında saxlamaq;
- Daxil olan və çıxan zənglərin effektiv idarə olunması, skriptlərin təkmiləşdirilməsi;
- Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
- İşçilərin işə qəbulu və adaptasiyasında iştirak;
- Bankın sosial platformalar vasitəsi ilə daxil olan sorğuları effektiv cavablamaq və idarə etmək üçün sistemin təşkil olunması;
- Cari işçilərin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsi məqsədi ilə mütəmadi təlim proqramlarının hazırlanmasında iştirak.
Tələblər:
- Məlumat Mərkəzində ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan dili, Rus dilini mükəmməl səviyyədə bilməli, İngilisi dili biliyi arzuolunandır;
- Məlumat Mərkəzlərinin işinin təşkili üçün mühüm olan program təminatları üzrə texniki biliklər biliklər;
- Əmək qanunvericiliyi əsasları haqqında biliklər;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında biliklər;
- Güclü idarəetmə və komunikasiya bacarığı;
- Analitik düşüncə və təhlil vərdişləri.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Mərdəkan filialına kredit inzibatlaşdırılması üzrə mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Mərdəkan_kredit inzibatlaşdırılması_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Mərdəkan filialı
Vəzifə: Kredit inzibatlaşdırılması üzrə mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri
Vəzifə öhdəlikləri:
- Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edir, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi;
- Mövcud biznes prosesləri və prosedurlara uyğun olaraq rəsmiləşdirilmiş və restrukturizasiya olunmuş kreditlərin yoxlanılması və Bankın daxili əməliyyat sistemində təsdiqi (avtorizasiyası);
- Kreditin verilməsi ilə əlaqədar Bankın daxili prosedurlarına uyğun olaraq hesabların açılması;
- Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi;
- Bankın daxili prosedurlara əsasən kredit ödənişləri ilə bağlı bankın daxili əməliyyat sistemində silinmə əməliyyatlarının aparılması;
- Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
- Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır;
- Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;
- Ofis avadanlığından (printer, skaner və s.) istifadəsi bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
“Yelo Bank”da müştərilərimizin ehtiyac və istəklərinə cavab verən yenilikçi məhsullar təqdim etməkdən qürur duyuruq. Çoxsahəli inkişaf qrupumuza rəhbərlik edəcək “Məhsul meneceri (Product Manager)” axtarırıq. Siz elektron poçtun “mövzu” yerinə “Product Manager” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: Məhsul meneceri (Product Manager)
Bilavasitə tabeçiliyi: İdarə Heyəti Sədrinin Müavini/ İnkişaf
Vəzifə öhdəlikləri:
- Bankın strategiyasına uyğun məhsulların yaradılması və inkişaf etdirilməsi;
- Bazarı araşdırmaq, müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
- Məhsul yaradılması üzrə xərc / gəlirlərin hesablanması və təhlili;
- Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
- Ümumi hədəflərə çatmaq üçün məhsululun yaradılması üzrə kross-funksional komandanı yönəltmək
- Müştərilərin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
- Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq;
- Məhsul boşluqlarının müəyyənləşdirilməsi və onların aradan qaldırılmasını təmin etmək;
- Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.
Tələblər:
- Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı;
- Çətinliklərin öhdəsindən gəlmə bacarığı;
- Effektiv kommunikasiya, təqdimat və liderlik bacarıqları;
- Yüksək analitik düşüncə;
- Çərçivələrdən kənar düşünmə bacarığı
- Məhsulun inkişafı üçün çevik metodologiyanı (agile) bilmək arzuolunandır
- Məhsulların inkişaf etdirilməsi üzrə təcrübə arzuolunandır;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
- MS Office proqramlarını (əsasən Excel və Power point) yüksək səviyyədə bilmək.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Mərdəkan filialına kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Mərdəkan_kredit inzibatlaşdırılması_kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Mərdəkan filialı
Vəzifə: Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri
Vəzifə öhdəlikləri:
- Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edilməsi, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi;
- Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədlərin yoxlanılması və müqavilələrin hazırlanması;
- Kredit verilməsi ilə əlaqədar hesabların açılması;
- Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi;
- Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
- Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır;
- Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;
- Ofis avadanlığından (printer, skaner və s.) istifadəsi bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Biznes tələblərinin idarəedilməsi departamentinin Biznes proseslərinin təhlili şöbəsində Biznes analitik” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Biznes analitik” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Biznes tələblərinin idarəedilməsi departamenti, Biznes proseslərinin təhlili şöbəsi
Vəzifə: Biznes analitik
Bilavasitə tabeçiliyi: Şöbə meneceri və/və ya departament rəhbəri
Vəzifə öhdəlikləri:
- Biznes proseslər üzrə texniki sənədlərin (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
- Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
- Daxili və xarici müştərilərlə işgüzar münasibətləri təmin etmək və təkmilləşdirmək;
- Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması.
Tələblər:
- İnformasiya texnologiyaları, riyaziyyat və ya digər müvafiq sahələrin bakalavr dərəcəsi;
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi arzuolunandır;
- Microsoft Office, bank və digər xüsusi proqramların istismarı;
- Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;
- Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bakı, Mərdəkan, Gəncə filialları üzrə ofis menecer” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Bakı_Ofis menecer”, “Mərdəkan_Ofis menecer”, “Gəncə_Ofis menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Pərakəndə məhsullarının satışı departamenti / Bakı, Gəncə, Mərdəkan filialları
Vəzifə: Ofis menecer kiçik mütəxəssis / mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri
Vəzifə öhdəlikləri:
- Banka daxil olan müştərilərin qarşılanması və müvafiq şöbələr üzrə yönləndirilməsi
- Bank məhsulları hakqında müştəriləri dolğun məlumatlandırmaq
- Müştəriləri ATM, Pos terminal və bənzəri bank avadanlıqlarının istifadəsi qaydaları barədə maarifləndirmək
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönəltmək
Tələblər:
- Ali təhsil
- Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır
- Word və Excel proqramlarından istifadə bacarığı
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
- Komanda ilə işləmək bacarığı
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
- İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı